Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2394/2024 14.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X3, Bakı şəhəri Qaradağ RPİ-nin MSY-nin polis nəfəri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1969-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 14 avqust 2024-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 16 iyul 2024-cü il tarixdə Qaradağ rayon Polis İdarəsinin inzibati binasında polis serjantı X2 nalayiq ifadələrlə söyüb təhqir etmiş, bununla bağlı ona irad bildirilərkən Qaradağ RPİ-nin digər əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayaraq polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlədərək polisin iş rejimini kobud surətdə pozmuşdur. Buna görə də onun barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X5 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs 16 iyul 2024-cü il tarixdə izahat vermək üçün dəvət olunduğu Qaradağ RPİ-nin inzibati binasında digər polis əməkdaşlarının yanında polis serjantı X2, eləcə də həmin vaxtı onu nizam-intizama dəvət edən digər polis əməkdaşlarını da nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, protokolun hadisədən bir xeyli sonra tərtib edilməsinin səbəbi, Şəxs yerinin müəyyən edilərək polis şöbəsinə gətirilməsi ilə bağlı yaranmış çətinliklərə görə olmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Bakı şəhəri, Qaradağ RPİ-nin MSY-nin polis nəfəri X4 göstərmişdir ki, qonşuluğunda yaşayan Şəxs onu və ailəsini dəfələrlə şantaj və təhqir etmişdir. Buna səbəb onun polis əməkdaşı olmasıdır. Belə ki, Şəxs oğlu CM-nın 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza çəkir. O, 16 iyul 2024-cü il tarixdə Rəsiqənin böhtan xarakterli müraciəti əsasında Qaradağ RPİyə izahat vermək üçün dəvət olunmuşdur. İdarədə Rəsiqə ilə qarşılaşmış, Rəsiqə onu Qaradağ RPİ-nin inzibati binasında digər polis əməkdaşlarının yanında onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan başqa sonuncu ümumilikdə digər polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, ünvan 2 ünvanında tək yaşayır. X4 onun qonşusudur. Rəfiq və onun atası Bəxtiyar onun barəsində şayiə yayaraq onun əvvəllər yeddi il azadlıqdan məhrumetmə cəzası çəkdiyini, hal-hazırda isə onun narkotik satışı ilə məşğul olduğunu demişlər. O bu faktla bağlı Həbibli Rəfiqlə görüşmüş və ondan barəsində nə üçün bu cür şayiələr yaydıqlarını soruşmuşdur. Əvəzində isə Rəfiq onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. O bütün bu hallarla bağlı polisə müraciət etmiş, 16 iyul 2024-cü il tarixdə qeyd etdiyi xüsustlarla bağlı izahat verməsi üçün Qaradağ RPİ-yə dəvət olunmuşdur. İdarədə Rəfiqlə qarşılaşmış, ondan niyə onu izlədiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranmışdır, lakin o nə Rəfiqi, nə də digər polis əməkdaşlarını təhqir etməmişdir. Sadəcə mübahisə zamanı “narkotiki sənin arvadınamı satmışam ki, bilirsiz” bir də “narkotik satmağımı mənim adıma çıxardanın barmağımla ağzını cıraram” sözlərini işlətmişəm. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığını bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin müstəntiqləri, polis baş leytenantı Fərid Seyfəlov, polis kapitanı Vüqar Nəsibov, baş təhqiqatçı, polis mayoru Mehvalı Rzayev və MSY-nin polis nəfəri, polis serjantı Rəfiq Həbiblinin iştirakları ilə Qaradağ RPİ-nin TİQ-nin baş inspektoru, polis mayoru Taleh Sultanov tərəfindən tərtib edilmiş 16 iyul 2024-cü il tarixli aktda göstərilmişdir ki: “biz, aşağıda imza edənlər tərtib edirik həmin aktı ondan ötrü ki, xx.xx.2024-cü il saat 11 radələrində DİN-in rəhbərliyinə və "102" Xidməti-X8 etdiyi müraciətlə əlaqədar izahatının alınması üçün RPİ-dəvət edilmiş Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 28 May küçəsi ev 1 "A"-da yaşayan xx.xx.1969-cu il təvəllüdlü Şəxs Qaradağ RPİ-nin TİQ-in xidməti otağında MSY-nin polis nəfəri, polis serjantı Rəfiq Həbiblinin ünvanına xoşagəlməz ifadələr işlədərək təhqir etmiş, ona bununla bağlı irad bildirən RPİ-nin digər əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayaraq, polisin ünvanına şərəfsizlər, vicdansızlar, hətta cinayətkarlığa qarşı əzmli mübarizə göstərərək şəhid olmuş polis əməkdaşlarını misal gətirərək cinayətkarlara haqq qazandıraraq bərk səslə nalayiq ifadələr işlədib iş rejimini kobud surətdə pozmuşdur. Aktın doğruluğunu öz imzalarımız ilə təsdiq edirik.” Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, Şəxs 16 iyul 2024cü il tarixdə Qaradağ RPİ-nin inzibati binasında ictimai qaydanı və polisin iş rejimini pozmaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2394/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2394/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver