Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2395/2023 22.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alıyeva (Bağırova) Ülkər İldırım qızının iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Alıyeva (Bağırova) Ülkər İldırım qızından 1755 manat borcun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bu günə kimi borclu heç bir ödəniş etməmişdir. Qaradağ rayon Məhkəməsinin 3(002)- 853/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarına əsasən Şəxs qeyd olunan qətnaməni icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarın icrasını da yerinə yetirmədəyinə görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 3(002)-1165/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu bu günədək 1755 manat borcundan heç bir ödəniş etməmiş və məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınmışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X7 ilə əlaqə saxlanılsa da sonuncu xəstə valideyininə baxdığından məhkəmə iclasında iştirak etmək istəmədiyini, lakin yığılıb qalmış borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu mobil telefon vasitəsi ilə bildirmişdir. Hazırda isə borclu tələbkara olan borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 22 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qətnamədən xəbəri vardır. Belə ki, qeyd olunan 1755 manat borcunu ödəməkdən yayınmır, iki aydır ki, qeyri-rəsmi formada işləməyə başlamışdır. Buna görə də bu ayın sonuna qədər 50 manat ödəniş edəcəkdir. Odur ki, qeyd edilənlərin nəzərə alıanaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 mart 2005-ci ildə doğulmuş X5 və 01 avqust 2010-cu ildə doğulmuş X1 Ülkər İldırım qızının uşaqlarıdır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 3(002)-853/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarından aydın olur ki, Şəxs yuxarıda qeyd olunan qətnamənin icrasından qərəzli olaraq yayındığı üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin tələbindən aydın olur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq yenidən qətnaməni qərəzli olaraq icra etməməsini nəzərə alaraq barəsində yuxarı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2395/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2395/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver