Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2395/2025 12.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci, 491.1-ci və 491.3-cü maddələri ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci, 491.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 29 oktyabr 2025-ci il tarixli, 00100-03212/25 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-1100/012/027418 nömrəli raportda qeyd edilmişdir ki,, İran İslam Respublikasından fiziki şəxs Şəxs (VÖEN: **********) ünvanına 138 saylı xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********8270 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məqsədilə fiziki şəxs tərəfindən X1 İdarəsinə müraciət edilmiş və həmin İdarədən alınmış XM**********19 nömrəli rəyə əsasən qeyd olunan invoysun tam mal mövqeyi üzrə idxal olunan "Tərkibində yod olmayan kristalik, dənəvər, səpələnən halda, kimyəvi və mineraloji tərkibinə əsasən natrium xloridin temizlik dərəcəsi 99.5% olan toksiki elementlərin və digər metalların miqdarına əsasən qidaya yararlı duz" yükünün Azərbaycan Respublikası Prezidentinin 242-İİQ nömrəli, xx.xx.2001-ci il tarixli "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikasının tələblərinə uyğun olmadığı məlum olmuşdur. ki. Belə **********8270 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Qanununun 8.3-cü bəndinə əsasən yodlaşdırılmamış duzun məqsədilə yem istehsalı, satışı ve Azərbaycan Respublikasına idxalı qadağandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahatında bildirmişdir ki, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğum fiziki şəxs Şəxs adına gələn və **********8270 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən duz yükünə dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı beyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məqsədilə fiziki şəxs tərəfindən X1 İdarəsinə müraciət edilmiş və həmin İdarədən alınmış XM**********19 nömrəli rǝyǝ əsasən idxal olunan duz yükünün XİFMN üzrə kodunun ********** olduğu və həmin duz yükünün xx.xx.2001-ci il tarixli 242-İİQ nömrəli "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmadığı məlum olmuşdur. Çəkisi 24040 kq olan duz yükündən nümunələr götürülərək ekspertizaya teqdim olunduqdan sonra biz öhdəliklə həmin duz yükünü Xırdalan şəhərində "Gülnar" restoranının arxa tərəfində yerləşən anbara apararaq boşaltdıq və mallar gömrük əməkdaşları tərəfindən gömrük teminatı altına alındı. Lakin, anbarın sahibləri malin orda 15 gündən artıq saxlanılmasına etiraz etdiklərinə göre mecbur malları ordan götürərək AAF Parkda yerləşən məscidlə üzbəüz beşmərtəbəli binanın qarşısında yerləşən gözəllik salonuna yığdıq. amma bu barədə gömrük əməkdaşlarına məlumat vermədik. Mallar gözəllik salonuna yığıldıqdan bir neçə gün sonra mene məlumat verildiki gözəllik salonunu su basıb təcili malları buradan çıxarmaq lazımdı. Salonu su basdığından malların xeyli hissəsi məhv olmuşdu, yaxşı vəziyyətdə olan hissəni Məhəmmədli qəsəbəsinə daşıdıq, qalan hissəni isə tulladıq. Daha sonra gömrük əməkdaşları mallara baxış keçirmək istəyəndə malların ilkin yerləşdiridiyimiz anbarda olmadığını öyrəndilər. Daha sonra gömrük əməkdaşı olan Anar adlı şəxs Məhəmmədli qəsəbəsində olan anbara gələrək mallara baxış keçirdi və 10040 kq duz yükünün olmadığını müəyyən etdi. 14000 kq duz yükü isə Məhəmmədli qəsəbəsində olan anbarda yerləşir. Təqsirimizi etiraf edirik. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşı tərəfindən Məhəmmədli qəsəbəsində yerləşən anbar baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, gömrük nəzarəti altında olan və çəkisi 24040 kq olan yodlaşdırılmamış duzun 10040 kqdan gömrük orqanının icazəsi olmadan istifadə olunmuş, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükü isə açıq şəkildə Məhəmmədli kəndində yerləşən anbarda saxlanılır. Şəxs adına göndərilən və **********8270 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yodlaşdırılmamış duz yükünün gömrük orqanının icazəsi olmadan istifadə olunmuş və Məhəmmədli kəndində yerləşən anbarda saxlanılan hissəsinin ayrı-ayrılıqda dəyərinin müəyyən edilməsi barədə Gömrük Dəyərləndirilməsi şöbəsinə sorğu verilmiş və Təhqiqat şöbəsinə daxil olan xx.xx.2025-ci il tarixli 3-33-1100/020/031730 nömrəli raportda qeyd olunmuşdur ki, 10040 kq gömrük orqanının icazəsi olmadan istifadə olunmuş duzun dəyəri 2150.57 AZN, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükünün dəyəri isə 2998.80 AZN olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2002-ci il tarixli 200 nömrəli "Qida ve yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında" Qərarına əsasən qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q həddində müəyyən edilmişdir. Azərbaycan Repsublikasının Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yere yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz ǝlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati- serencamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci, 491.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt raport, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, izahat, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Göründüyü kimi Şəxs brəsində inzibati araşdırma aparılarkən şəxsin törətmiş olduğu inzibati xətanın baş verdiyi, o cümlədən davam edən inzibati xətanın sonuncu törədildiyi yer müəyyən edilməmiş və inzibati xəta haqqında protokolda bu barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Buna görə də inzibati xətanın törədildiyi yerdə baxılması məsələsi dəqiqləşdirilməmişdir. İş materiallarından da aydın olur ki, Şəxs tərəfindən bir neçə inzibati xəta hadisəsi törədilmiş, həmin inzibati pozuntular, o cümlədən sonuncu inzibati xətanın törədildiyi yerin Qaradağ rayonuna hər hansı bir aidiyyatı olmamışdır. Bununla da inzibati araşdırmanın natamam aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci, 491.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 448-ci, 491.1-ci və 491.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2395/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2395/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver