Məhkəmə qərarları › İş №3(002)-2397/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2397/2025

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2397/2025 16.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs adına Türkiyə Respublikasından xx.xx.2025-ci il tarixində 53HF091/53ABU475 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və “müxtəlif növ qida məhsulları” yükü xx.xx.2025-ci il tarixli **********4640 sorğu nömrəli gömrük bəyannaməsi gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə gömrük orqanına təqdim olunmuşdur. **********4640 sorğu nömrəli xx.xx.2025ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunmuş yükə dair kimyəvi tərkibinin müəyyən edilməsi üçün təsnifetmə qrupuna yönləndirilmiş və rəy alınmış, lakin Şəxs alınan rəy ilə razılaşmadığı üçün, Dövlət Gömrük Komitəsi X1 İdarəsinə şəxsi müraciət yönləndirilmiş, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində, təqdim olunan XM**********54 nömrəli ekspert rəyinə əsasən sözügedən cəmiyyətin ünvanına GOK**********330 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 11-ci mövqeyi üzrə idxal olunan "Göktürk" nişanlı, “Rock salt” adlı duz yükündə yodun olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsi bağlı xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X4 inzibati protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Türkiyə Respubikasından ölkə ərazisinə daxil olmuş duz yükü ölkə ərazisinə gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə gömrük orqanına təqdim olunmuşdur. Bəyan olunmuş duz yükünə dair kimyəvi tərkibin müəyyən edilməsi üçün X3 İdarəsinə müraciət etmişlər. Ekspert rəyinə əsasən “Göktürk” nişanlı, “Rock salt” adlı duz yükünün kimyəvi tərkibində yod olmadığı müəyyən edilmişdir.Qeyd olunan duz yükü ölkəyə idxal edilməmişdən qabaq Türkiyə Respublikasının ekspertiza tədqiqatına təqdim edilmişdi və həmin rəyə əsasən duzun tərkibində yodun miqdarının normalara uyğun olduğu göstərilmişdir. Bu səbəbdən həmin duz yükünün ölkədə qəbul edilən uyğun olduğunu düşünərək idxal etmək istəmişik. Şirkət qanunvericilik tələblərini pozmamış, qəsdən və ya ehtiyatsızlıqla sözügedən inzibati xətanı törətməmişdir.Hal-hazırki vəziyyətdə şirkətin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə ziddir.Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqıında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materillarında olan X1 İdarəsi tərəfindən verilmiş XM**********54 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, tətqiqata təqdim edilmiş "Göktürk" nişanlı, “Rock salt” adlı duz yükünün tərkibində yod olmayan qidaya yararlı duz olduğu müəyyən edilmişdir. Şəxs MMC tərəfindən ölkəyə gətirilmiş duz yükünün tərkibinin müəyyən edilməsi bağlı məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixdə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materilarında olan Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2026-cı il tarixli məlumatda qeyd edilmişdir ki, duzun tərkibində yodun mövcudluğu üzrə Məhkəmə Ekspertiza Mərkəzində ekspertiza aparılmadığından iş materilları geri qaytarılmışdır. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, iş materillarında olan X1 İdarəsi tərəfindən verilmiş XM**********54 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən göründüyü kimi Şəxs MMC tərəfindən ölkəyə gətirilmiş **********4640 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunmuş "Göktürk" nişanlı, “Rock salt” adlı duz yükünün tərkibində yod olmadığı müəyyən edilmişdir. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” AR Qanununun 8.3-cü bəndinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Şəxs MMC tərəfindən Türkiyə Respublikasından “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” AR Qanunununa əsasən ölkəyə idxalı qadağan olunmuş tərkibində yod olmayan duz idxal etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb ediməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan "Göktürk" nişanlı, “Rock salt” adlı duz yükü müsadirə edilməklə 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar