Məhkəmə qərarları › İş №3(002)-2398/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2398/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2398/2025 24.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448, 491.1, 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 448, 491.1, 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100-03219/25 nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 448, 491.1, 491.3 və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100-03219/25 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs adına Avstriya Respublikasından xx.xx.2024-cü il tarixdə 38AJK138/38JM011 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş “Schenkel” nişanlı, “Meer salz” adlı, natrium xlorid, xalium yodid, maqnezium karbonat və kalsium karbonat əsaslı tərkibində yodun miqdarı 1.04 mkq/q olan qida üçün yararlı duz yükü xx.xx.2025-ci il tarixli **********0592 sorğu nömrəli gömrük bəyannaməsi gömrük rəsmiləşdirilməsi aparılması məqsədilə gömrük orqanlarına təqdim olunmuşdur. Gömrük Məcəlləsinin 151-ci maddəsi ilə müəyyən olunmuş şərtlərə uyğunluğu yoxlanılmışdır. Lakin həmin yükə dair 439/2024 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 33 mövqeyi üzrə yükün XİFMN kodunun müəyyən edilməsi məqsədi ilə Şəxs tərəfindən xx.xx.2025-ci il tarixli 3-33-53--/1-000066/2025 nömrəli məktubla X4 İdarəsinə şəxsi müraciət yönləndirilmişdir. Aparılan araşdırma nəticəsində XM**********93 nömrəli ekspert rəyinə əsasən Şəxs ünvanına göndərilmiş 439/2024 nömrəli, xx.xx.2024-cü il tarixli invoysun 33-cü mal mövqeyi üzrə idxal olunan yükdən təqdim olunan nümunənin nəticəsinə əsasən “Schenkel” nişanlı, “Meer salz” adlı, natrium xlorid (cas 7440-23-5 ), kalium yodid (Cas 7681-11-0), maqnezium kabonat və kalsium karbonat əsaslı, tərkibində yodun miqdarı 1.04 mkq/q olan, qida üçün yararlı duz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2002-ci il tarixli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarda göstərilən həddə uyğun olmadığı müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsində Şəxs tərəfindən ölkə ərazisinə gətirilən "qida üçün yararlı duz" yükünə dair gömrük orqanına daha əvvəl təqdim edilmiş bəyannamələri müəyyən etməkdən ötrü Gömrük xidmətinin "X1 Sistemi informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "qida üçün yararlı duz yükü xx.xx.2024-cü il tarixdə ölkə ərazisinə gətirilmiş, mallar ölkə ərazisinə gətirilməmişdən əvvəl isə gömrük orqanına **********9251 sorğu nömrəli qısa idxal bəyannaməsinin 3-cü mal mövqeyində çəkisi 140 kq olmaqla "qida üçün yararlı yodlaşdırılmış duz" yükü kimi bəyan olunmuşdur. Şəxs adına göndərilən "qida üçün yararlı duz” yükü ölkə ərazisinə daxil olduqdan sonra isə **********9137 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan olunmuşdur. Mallar gömrük orqanına bəyan edildikdən sonra invoysun 33-cü mal mövqeyi və gömrük bəyannaməsinin 3-cü mal mövqeyində bəyan olunan "qida üçün yararlı yodlaşdırılmış duz yükünün tərkibinin müəyyən edilməsi məqsədi ilə bəyannaməçidən X4 İdarəsinə müraciət edilməsi tələb olunmuşdur. X4 İdarəsinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən isə ekspertizaya təqdim olunan 140 kq "Schenkel" nişanlı, "Meer salz" adlı duzun tərkibi natrium xlorid, kalium yodid, maqnezium karbonat və kalsium karbonat əsaslı tərkibində yodun miqdarı 1.04 mkq/q olan qida üçün yararlı duz kimi təsvir olunmuşdur. **********9137 sorğu nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyində bəyan olunan "qida üçün yararlı yodlaşdırılmış duz" yükü "tərkibində kakao olan konfetlər” yükü ilə dəyişdirilmiş və yenidən gömrük orqanına bəyan olunmuşdur. X4 İdarəsinə ekspertiza üçün təqdim olunmuş "qida üçün yararlı duz" yükü isə gömrük təminatına alınaraq anbarda saxlanca verilmişdir. xx.xx.2025-ci il tarixli 3-33-1100/013/032900 nömrəli raportla 140 kq “Schenkel” nişanlı, “Meer salz” adlı duzun tərkibi natrium xlorid, kalium yodid, maqnezium karbonat və kalsium karbonat əsaslı tərkibində yodun miqdarı 1.04 mkq/q olan qida üçün yararlı duzun həqiqətən anbarda olması müəyyən edilərək nəticəsi barədə akt tərtib olunması barədə əməliyyat tapşırığı verilmişdir və xx.xx.20258-ci il tarixdə tərtib olunmuş akta əsasən, bəyan olunan 140 kq duzun 74.5 kq olan hissəsi Qaradağ rayonunda yerləşən "xxxx" MMC-yə məxsus anbarda saxlanılır, qalan hissəsini isə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolu müdafiə edərək, vəzifəli şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2002-ci il tarixli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarda göstərilən hədlər barədə məlumatsız olduğundan həmin məhsulların idxalı zamanı tərkibində olan yodun miqdarına diqqət etməmişdir. Eyni zamanda qeyd etmişdir ki, Gömrük xidmətinin əməkdaşları tərəfindən anbara yerləşdirilmiş məhsulun sayının sonradan azalması, anbarın yerinin dəyişdirilməsi zamanı baş vermişdir. O,anbarın yerinin dəyişdirilməsini məlumat vermədən həyata keçirmişdir. Daha sonra isə bu inzibati xətaları ilk dəfə və bilmədən törətdiyini qeyd edərək daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 38AJK138/38JM011 nömrə nişanlı nəqliyyat vasitəsindən boşaldılan, **********137 sorğu nömrəli Gömrük bəyannaməsinin 3-cü mal mövqeyində qeyd olunan yüklər AA1043728 seriya və nömrəli stikerlə Şəxs nümayəndəsi X3 iştirakı ilə gömrük təminatı altına alınmışdır. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, **********0592 sorğu nömrəli bəyannamə üzrə Qaradağ rayonu "xxxx" MMC-nin anbarında saxlanılan duz yükü eyniləşdirilərək yoxlanılmış. Yoxlama əsasında 74,8 kq duz yükünün anbarda olduğu aşkarlanmışdır. (2 qutu 18 kq, 9 qutu 54 kq,1 qutu 4.5 kq olmaqla) Keçirilmiş yoxlamanın məqsədi və nəticəsi yoxlamada iştirak edən Şəxs nümayəndəsi X5 bildirilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs(VÖEN **********) ünvanına daxil olmuş “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan xx.xx.2025-ci il tarixli **********0592 sorğu nömrəli gömrük bəyannaməsi üzrə istifadə edilmiş malların gömrük dəyəri 226 AZN, anbarda saxlanılan malların gömrük dəyəri isə 258 AZN təşkil edir. İş materialına əlavə edilmiş XM**********93 nömrəli, xx.xx.2025-ci il tarixli X2 İdarəsinin ekspert rəyindən görünür ki, Şəxs ünvanına 439/2029 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 33 mövqeyi üzrə gətirilmiş yük Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 3-44-14/2- 000632/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən XİF MN-ə görə aşağıdakı qaydada sinifləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2002-ci il tarixli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarda göstərilən həddə uyğun deyil. İş materialına əlavə edilmiş Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatında görünür ki, idxal olunan duz yükünün tərkibində yodun miqdarının Nazirlər Kabinetinin 200 nömrəli Qərarında göstərilən həddə olmamasına dair etiraz etməmiş, Gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448, 491.1ci, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan, işin hallarından, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati xəta törədilmişdir. Bu fakt iş materialları ilə yanaşı, vəzifəli şəxsin etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM oğlunun 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin QEYD hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 448-ci maddfəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcələnin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcələnin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcələnin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM oğlunun 448, 491.1, 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək İXM oğlunun 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, İXM oğlunun 448-ci maddəsinin sanksiyası çərçivəsində, yəni saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, 1500 manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, İXM 448-ci maddəsi ilə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə 1500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar