Məhkəmə qərarları › İş №3(002)-24/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-24/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-24/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24489273, EQ 24519974, EQ 24564293, EQ 24548420 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24489273, EQ 24519974, EQ 24564293, EQ 24548420 saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03, 05, 07, 08 noyabr 2024-cü il tarixlərində dövlət qeydiyyat nömrəsi **-VY-*** olan Mercedes Benz 1843 LS markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZE-*** dövlət qeydiyyat nömrəli RÖHR markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ 24489273, EQ 24519974, EQ 24564293, EQ 24548420 nömrəli protokolla qeyd edilmiş 600 manat məbləğində cərimə bildirişləri gəlmişdir. Protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunmuşdur. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacaq yüklərinin yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, bu da öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə vəziyyət yaradır. Həmçinin benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatına son qoya bilər. Əsassız olaraq ona belə cərimə tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ərizədə qeyd etdiyi EQ 24564293 saylı inzibati tənbeh vermə haqqında qərara Bərdə Rayon Məhkəməsində verdiyi şikayət üzrə baxılmış və həmin məhkəmənin 3(021)- 1208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş EQ 24489273, EQ 24519974, EQ 24548420 saylı, 09 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar