Məhkəmə qərarları › İş №3(002)-240/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-240/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-240/2022 16.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Surxanı rayonu, Ramana qəsəbəsi, Maştağa, daş karxanası deyilən ərazidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş və qeyri-müəyyən formada yazılmış 15 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki: “Qaradağ rayon Məhkəməsinin 2524/2018-ci il 2(002)-52/2017 əsasən 1567,77 dollar və 8354,30 dollar borc var”. Buna görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 o öz izahatında bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-52/2017 saylı, 13 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1248,5 ABŞ dolları məbləğində əsas borc və 313,27 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1561,77 ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə) və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Nikoyl” X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa 2(002)-2524/2018 13 iyun 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" (Azərbaycan) ASC ilə bağlanmış öhdəlik müqaviləsi üzrə (141745- CNS-15479/1) nömrəli, 29.01.2015 tarixli) üzrə olaraq 8354.30 ABŞ dolları və 20 AZN dövlət rüsumu tutulması əmr edilmişdir. Borcluya icra sənədlərinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədlərinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahatlar alınmış və sonuncu izahatında icra sənədi üzrə tələbi iş yeri olmadığından yerinə yetirə bilmədiyini bildirmişdir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir. Daimi iş yeri olmamaqla hal-hazırda aliment borcunu da ödədiyindən qeyd olunan borcları ödəməkdə çətinlik çəkir. O, öz izahatında daha sonra göstərmişdir ki, müxtəlif vaxtlarda üç dəfə, sonuncu 2019-cu ilin iyul ayı olmaqla, Rusiya Federasiyasına iş tapmaq ümidi ilə getmiş, bu səbədəb də Qaradağ rayon Məhkəməsinin müvafiq qərarlarından xəbərdar olmamışdır. Sonuncu dəfə Asan xidmətdə olarkən ona axtarışda olduğu bildirilmişdir. Şərait yaradılacağı təqdirdə borclarını ödəyəcəyini bildirərərk iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati materiala əlavə edilmiş 15 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş Şəxs konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar