Məhkəmə qərarları › İş №3(002)-2402/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2402/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2402/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxsoğlu öz izahatında hərbi vəziyyət rejiminin qaydalarını pozduğunu və buna görə də xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 24:00 radələrində inzibati qaydada tutularaq Qaradağ RPİ-nin 10-cu PB-də saxlanıldığını və xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında tutmadan azad edildiyini,lakin barəsində hər hansı bir tutma protokolunun tərtib edilmədiyini bildirmişdir. Daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirəmki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə iş materiallarına əlavə edilmiş sənədlərdə Şəxs həqiqətəndə inzibati qaydada tutulub-tutulmaması, eləcədə bunun səbəbləri barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PB-nə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar