Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2402/2023 23.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X5, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lerik rayonu, Xanəgah kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 25 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanında həyat yoldaşı X2 döyərək ona fiziki ağrı yetirmişdir. Qeyd olunanlarla bağlı 03 noyabr 2023-cü il tarixdə fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 23 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X8 bildirmişdir ki, Şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1-ci küçə, 41 ünvanında həyat yoldaşı X2 döyərək ona fiziki ağrı yetirməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsində araşdırma aparılmış və fakt üzrə cinayət işinin başlanılması rədd edildikdən sonra material aidiyyəti üzrə ona verilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində 23 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək, bildirmişdir ki, əvvəllər ailə münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozulmağa başlamışdır.Buna səbəb həyat yoldaşı X1 onun sözlərinə əməl etməməsi və ona demədən istədiyi yerə gedib-gəlməsi olmuşdur.25 oktyabr 2023-cü il tarixdə saat təxminən 20.30 radələrində evə gəlmiş və həyat yoldaşı Səidənin evdə olmadığını görmüşdür.Bir müddət keçdikdən sonra Səidə evə gəlmiş, gecə vaxtı haradan gəlməsini ondan soruşmuş və Səidə ona cavab qaytararaq istədiyi yerə gedib-gələ biləcəyini bildirmişdir.Buna görə də aralarında mübahisə yaranmışdır.Aralarında mübahisə yaransa da o Səidəni vurmamış və heç bir xəsarət yetirməmişdir.Buna görə də ekspertiza rəyi ilə razı deyil.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, bildirmişdir ki, əvvəllər Şəxs ilə problemləri olmasa da sonradan ailə münasibətləri pisləşmişdir. Bununla əlaqədar boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonradan əri barışmaq istədiyini bildirdiyindən, eləcə də uşaqlarını nəzərə alaraq ərizəsini geri götürmüşdür. Lakin Varis, sonralar da ailənin qayğısına qalmamış, evin zəruri ehtiyaclarını ödəməmiş, hətta uşaqlara məktəbə getmək üçün yol pulu belə verməmişdir. Bu səbəbdən aralarında tez-tez mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə azyaşlı övladı xəstə olduğundan işə getməmişdir. Həmin gün axşam saatlarında uşaqlarına məlumat verərək diş həkiminə getmişdir. Xəstəxanada növbədə olarkən qardaşı zəng edərək qaynatasının onun barəsində nalayiq ifadələr işlətdiyini, bu səbəbdən telefonda onunla mübahisə etdiyini bildirmişdir. Bundan sonra xəstəxanadan qayıtdıqda Varis ilə aralarında mübahisə yaranmışdır. Bu zaman o, qızlarının yanında onun baş və boyun nahiyələrinə yumruqla zərbələr vuraraq ona xəsarət yetirmiş, nalayiq ifadələr işlədərək zorla evdən çölə çıxarmışdır. Şəxs şikayətçidir və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası Şəxs anasını yaşadıqları evdə döyərək xəsarət yetirmişdir. Belə ki, həmin gün axşam saatlarında anası diş həkiminə getmişdir. Atası evə qayıtdıqda anasının evdə olmadığını görüb əsəbləşərək çölə çıxmışdır. Bir qədər sonra həyətdən səs-küy səsləri eşitmişlər. Çölə çıxdıqda atası Varisin anasının başına və boynuna yumruqla vuraraq döydüyünü görmüşlər. Daha sonra atası evə daxil olub onları zorla çölə çıxarıb evdən qovmuşdur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanılmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xəta olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizası və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsinin 796 saylı xx.xx.2023-cü il tarixli rəyində görünür ki, X1 barəsində aşkar edilmiş xəsarətlər–boyun nahiyəsinin arxa səthinin qançırı bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək, X4 heç bir xəsarət yetiməməsi barədə izahat versə də, məhkəmə onun izahatına tənqidi yanaşaraq, özünü müdafiə məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları, zərərçəkmiş şəxs və şahidin izahatları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 17:25-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2402/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2402/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver