Məhkəmə qərarları › İş №3(002)-241/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-241/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-241/2021 18.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlunun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1811/2020 saylı, 19 iyun2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlu protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1811/2020 saylı, 19 iyun2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 1000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günki günədək heç bir ödəniş etməmişdir. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1811/2020 saylı, 19 iyun2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 1000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsi qət edilmişdir. O öz izahatında daha sonra borclu ilə öz aralarında razılığa gəldikləri üçün və məhkəmə prosesi zamanı borclu ona üç yüz manat məbləğində ödəniş etdiyini, qalan borcu isə yaxın müddətdə tam ödəyəcəyini söz verdiyindən borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1811/2020 saylı, 19 iyun2020-ci il tarixli icra vərəqəsinə əsasən, ondan 1000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləməməklə heç bir qazancı yoxdur. Lakin buna baxmayaraq o borcundan üç yüz manat ödəniş etmişdir. Bundan başqa hazırda tələbkar ilə öz aralarında razılığa gəldikləri üçün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmiş və yaxın müddətdə borcunu tam şəkildə ödəyəcəyini söz vermişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Bundan başqa tələbkarın məhkəməyə təqdim etdiyi ərizədə isə borclu ilə öz aralarında razılığa gəldikləri üçün iş üzrə inzibati materiala xitam verilməsini xaiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar