Məhkəmə qərarları › İş №3(002)-2411/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2411/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2411/2025 12.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, müəyyənetdi: İş materiallarından görünür ki, Şəxs 28 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 7, mənzil 7-də olarkən narkotik vasitədən istifadə etmiş, saxlanıldıqdan sonra Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinə gətirilmiş, narkotik vasitələr qəbul edib-etməməsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X5 bildirmişdir ki, Şəxs 28 avqust 2025-ci il tarixdə PPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi o olmuşdur ki, 28 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 7, mənzil 7-də olarkən narkotik vasitədən istifadə etmişdir. Ekspert rəyi əsasında narkotik vasitə olan marixuana istifadə etdiyi aşkar olunub. Təhqiqatçı tərəfindən qəbul edilmiş qərara əsasən İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 27 avqust 2025-ci il tarixdə saat 16 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” adlanan ərazidə tanımadığı şəxsdən qiyməti 10 manat olan bir büküm narkotik vasitə olan qurudulmuş marixuana alıb, 28 avqust 2025-ci il tarixdə axşam radələrində yaşadığı ünvan 2 ünvanında istifadə etmişdir. Lakin narkotik vasitəni müalicə məqsədi ilə qəbul etmişdir. X4 yaşadığı dövrdə orada dövlət tərəfindən müalicə məqsədi ilə narkotik vasitənin istifadəsinə icazə verilmişdir. Burada da hər hansı qadağa tətbiq edilməyəcəyini fikirləşmişdir. Narkotik vasitəni qəbul edib, evindən iki ədəd mətbəx bıçağını götürdükdən sonra, Fatimeyi Zəhra məscidinin həyətinə daxil olaraq hər iki əlində bıçaqla dini baxışlarına görə özünə xəsarətlər yetirmək istəmişdir. Həmin vaxt məscidin həyətində heç kəs olmamışdır, heç kimlə mübahisə etməmiş və heç kəsə xəsarət yetirməmişdir. Narkotik vasitənin bir illik mütəmadi istifadəçisidir. Bundan təxminən 4 gün əvvəl də tanımadığı şəxsdən narkotik vasitə əldə edib istifadə etmişdir. Xəstəliyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediklərindən görünür ki, şəxsin ciddi psixoloji problemləri var. Məhz bu səbəbdən şəxsin barəsində həbsin seçilməsi uyğun deyildir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbs olmayan inzibati tənbeh verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 5296 saylı rəydən görünür ki, Şəxs sidiyində THC (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardər. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən, inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 11 noyabr 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar