Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2414/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Qaradağ rayonu 139 nömrəli məktəbin qarşısında evə gedərkən idarə etdiyi ** VD *** nömrə nişanlı avtomobilinə haqsız yerə cərimə tətbiq olunduğunu, xx.xx.2025- ci il tarixdə EQ 31285751 saylı protokolla 80 (AZN) manat cərimə və 2 bal cərimə tətbiq olunduğunu və EQ 31285751 saylı qərarı araşdırıb ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X3 qeyd olunan şikayət ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalamamış və həmin qərardan şikayət vermək səlahiyyətinə malik olmasına dair ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Çünki mübahisələndirilən qərardan göründüyü kimi həmin qərar başqa şəxs, yəni X4 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbindən aydın olur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək səlahiyyətinə malik olan müvafiq rəsmi sənədi imzalanmış şikayət ərizəsinə əlavə etməklə inzibati xətanın törədildiyi ərazi üzrə və ya vəsatət verməklə yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2414/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2414/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver