Məhkəmə qərarları › İş №3(002)-2415/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2415/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2415/2025 28.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X1, Şikayət verən şəxs X5 iştirakları ilə, X5, Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X3 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X3 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ-nin polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ei il tarixli TP ******* saylı qərar qəbul edilərək o İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir.Qəbul edilmiş protokol və qərarla razı deyil və göstərilənə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat İ5:00-də Qaradağ rayonu. Lökbatan qəsəbəsi Sədərək istiqamətində etibarnamə ilə idarə etdiyi ‘MAZDA-2 MİNİK” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuşdur.Bildirir ki, o, Bakı-Ələt yolunun 14 km-də Sədərək Ticarət Mərkəzindən şəhərə doğru hərəkət edirdim. Həmin istiqamətdə avtomagistral yoldan Lökbatan dairəsinə daxil olub ikinci zolaqda hərəkət edərək mərkəz, istimətinə getmək üçün üçünçü çıxışdan çıxmaq istəyirmiş. Onunla yanaşı hərəkət edən avtomobil yanından surətlə hərəkət edərkən onu ötməklə sol tərəfindən qarşısına keçmək istəmiş və nəticədə avtomobilini sol tərəfindən vurmuşdur.Buna dair kamera görüntüləri də vardır. Lakin əsassız olaraq onun barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan {vəzifəli şəxs) tərəfindən çağırılıması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona edilən telefon SMS-lə bildirilsə də, həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X8 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasıda Qaradağ rayon DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X2 bildirmişdir ki, X8 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən manevretmə qaydalarını pozaraq idarə etdiyi avtomobillə “Mitsubishi Pajero İO” markalı ** CM *** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə qəza baş vermişidir.İnzibati xəta haqqında qərarı müdafiə edir və şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə etmişdir. İş materiallarında hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ‘MAZDA-2 MİNİK” markalı **-CC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi dairədə hərəkət edən zaman, arxadan eyni istiqamətdə “Mitsubishi İO” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sürətlə hərəkət edərək sol tərəfdən ötmə əməliyyatı həyata keçirməyə çalışarkən onun qarşısına çıxır və nəticədə yol nəqliyyat hadisəsi baş verir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, videgörüntünü nəzərdən keçirərək tərəflərin izahatını dinləyərək hesab edir ki, X8 barəsində tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin beşinci hissəsində qeyd edilmişdir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanununun 51-ci maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Lakin iş materiallarında olan videogörünütüyə baxış keçirilən zamanı da müəyyən edilmişdir ki, X5 idarə etdiyi MAZDA-2 MİNİK” markalı **-CC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi dairədə hərəkətdə olan zaman hərəkət zolağı daraldığından hərəkət zolağını dəyişmədən qismən sola doğru meyllənmiş və bu zaman X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42 və 51-ci maddələrinin tələblərini pozaraq idarə etdiyi “Mitsubishi Pajero İO” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən özündən sağdakı nəqliyyat vasitəsinə yol vermədiyi və zolaqda gedən nəqliyyat vasitələri üçün maneə olduğu halda ötmə əçəliyatını həayata keçirdiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon DYPŞ-nin yol patrul sidməti inspektoru X3 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X8 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar