Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2416/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 24000 manat aliment borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu yaşadığı yeri müəyyən etmək və əlaqə saxlanılması mümkün olmadığından barəsində axtarış qərarı elan edilərək icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Borclunun icra sənədi üzrə 24000 manat aliment borcu yaranmışdır. Borclu icra şöbəsinə gəldikdən sonra izahatı alınaraq barəsində inzibati protokol tərtib edilmişdir. İnzibati protokol tərtib edildikdən sonra tələbkar telefon vasitəsi ilə əlaqə saxlayaraq borclu ilə razılaşdıqlarını, ayda 250 manat məbləğində ödəniş edilməsinə etirazı olmadığını bildirmişdir. Suala cavab olaraq bildirdi ki, borcu bu ilin sentyabr ayından bugünədək tələbkarın xeyrinə hissə-hissə olmaqla ümumilikdə 500 manat ödəniş etmişdir. İcra sənədi daha əvvəl də icraatda olub, lakin tələbkar ərizə ilə icra şöbəsinə müraciətinə əsasən icra sənədi məhkəməyə geri qaytarılmış, bundan sonra bu ilin avqust ayında yenidən müraciət edərək alimentin ödənilməsini tələb etdiyindən icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək icra sənədi üzrə icraata başlanılmışdır. Borclu və tələbkar hazırki iclasda öz aralarında razılığa gəldiyinə görə, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, işsiz olduğuna alimenti tam ödəyə bilmədiyini qeyd etmişdir. Lakin bununla belə imkan daxilində hissə-hissə ödənişlər etmişdir. Sentyabr ayında məktəblər açıldıqdan sonra bugünədək 1000 manat ödəniş etmişdir. Uşaqlarına aliment öhdəliyindən kənar maddi köməklik göstərir, onların ehtiyaclarını ödəyir. Əlavə olaraq qeyd etmişdir ki, aliment ödənişi edə bilməsi üçün ona ayrıca kart hesabı təqdim edilməmişdir. Aliment borcunu ödəmək niyyətindədir. Hazırda tələbkarla aralarında ödənişə dair razılıq əldə edildiyini nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında tələbkarla videogörüntülü zəng vasitəsi ilə əlaqə saxlanılmış və sonuncu izahatında borclu ilə aylıq 250 manat ödəniş etməsi barədə razılıq əldə etdiklərini, buna görə də borclunun inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi tərəflərin arasında alimentin ödənilməsi ilə bağlı razılıq əldə edilməsini nəzərə alaraq icra məmurunun inzibati protokolun geri qaytarılması barədə vəsatətinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-4464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq 10 aprel 2010-cu il tarixdə doğulmuş X3 və 22 may 2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşağa görə 240 (iki yüz qırx) manat sabit pul məbləində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 24000 manat aliment borcu yaranmışdır. İş materiallarında olan ərizədən görünür ki, borclu və tələbkar arasında ödənişə dair razılıq əldə edilmişdir. Məhkəmə hazırki iş üzrə icra məmurunun vəsatətini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2416/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2416/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver