Məhkəmə qərarları › İş №3(002)-2417/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2417/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2417/2024 06.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədirliyi, İlyasov ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Trans Service Group” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, «Trans Service Group” MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş 14000-01088/24 saylı 08 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Trans Service Group" MMC {VÖEN: **********) tərəfindən xx.xx.2023-ci il tarixli **********7463 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2013-cü il, “WMA06WZZ1DM626872” şassi nömrəli, “MAN TGS 19.400” markalı yəhərli dartıcı 1 (bir) il müddətinə xx.xx.2024-cü İl tarixədək müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq “Trans Service Group" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi vaxtında geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. Belə ki, nəqliyyat vasitəsi ölkə ərazisinə 6 ay 3 gün gecikdirməklə, yəni xx.xx.2024-cü il tarixdə qaytarılmış və həmin tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə çatdırılmışdır. Barəsində inzibati iş üzrə icraat aparılan «Trans Service Group” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında protokola etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs barəsində protokol tərtib edərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi, hüquqi şəxs Şəxs tərəfindən 2013-cü il buraxılışlı, WMA06WZZ1DM626872 şassi nömrəli, MAN TGS 19.400 markalı, yəhərli dartıcını, 1 bir il müddətinə xx.xx.2024-cü il tarixədək müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, "TRANS SERVİCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat vasitəsini vaxtında geri qaytarmamış və həmin tarixdə Aksiz mallar üzrə Baş Gömrük İdarəsinə çatdırılmışdır. Hesab edirlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassızdır. “TRANS SERVİCE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir inzibati xəta törədilməmişdir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, Şəxs özünə məxsus olan 99JL851 dövlət qeydiyyat nömrəli dartıcı və 10ZX936 dövlət qeydiyyat nömrəli, yarımqoşqu nəqliyyat vasitələrini xx.xx.2023 - cü il tarixində Gürcüstan Respublikasında istifadə edilməsi üçün müvəqqəti ixrac edilmişdir. Həmin ixrac **********7461 nömrəli Gömrük bəyannaməsi ilə Gömrük orqanında qeydiyyata alınmışdır. Daha sonra Cəmiyyət xx.xx.2024-cü il tarixində Gömrük proseduru müddətinin uzadılması barədə Gömrük idarəsinə müvafiq ərizə ilə müracət etmişdir. Cəmiyyət tərəfindən müraciət edilən zaman Gömrük orqanın işçiləri nümayəndəyə bildirmişlər ki, nəqliyyat vasitəsi və onun qoşqusu ilə bağlı ayrj-ayrılıqda müraciətə ehtiyac yoxdur. Bir müraciətdə hər iki nəqliyyat vasitəsini qeyd etmək yetərlidir. Cəmiyyətin nümayəndəsi də xx.xx.2024-cü il tarixdə gömrük orqanı işçisinin təlimatına uyğun olaraq 99JL851 dövlət qeydiyyat nömrəli dartıcı və 10ZX936 dövlət qeydiyyat nömrəli, yanmqoşqu nəqliyyat vasitələrinin Gömrük prosedurunun müddətinin uzadılması barədə ərizə yazaraq Gömrük orqanına təhvil vermişdir. Ərizə Gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır.Lakin sonradan məlum olmuşdur ki, (barəmizdə inzibati xəta haqqında protokol tərtib edildikdən sona) Gömrük orqanının əməkdaşları tərəfindən Cəmiyyətin 99JL851 dövlət qeydiyyat nömrəli dartıcı və 10ZX936 dövlət qeydiyyat nömrəli, yarımqoşqu nəqliyyat vasitələrinin Gömrük prosedurunun müddətinin uzadılması barədə ərizəsi Gömük orqanının işçiləri tərəfindən müvafiq elektron sistemə işlənməmişdir. Bu səbəbdən biz sözügedən nəqliyyat vasitəsini cari ilin avqust ayında geri qaytarıldığı zaman, nəqliyyat vasitəsini gömrük sistemdə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Ərizəninsurətini arxivdən qaldırıb onlara təqdim etmişlər. Gömrük idarəsi həmin sənədin yalnız dartıcıya aid olduğunu, yarımqoşquya aid olmadığı barədə məlumat vermişdir. **********7461 nömrəli gömrük bəyannaməsində göründüyü kimi həmin bəyannamədə həm dartıcının, həm də yarım qoşqunun dövlət qeydiyyat nişanları qeyd olunmuşdur (**-JL-***; **-ZX-***). Azərbaycan Respublikası kənara çıxarılmış nəqliyyat vasitəsinin Həmçinin uzadılma ərizəsi yazılan zaman gömrük işçiləri tərəfindən ərizədə 1 bəyannamənin nömrəsinin kifayət olduğu, 2 - ci bəyannamənin nömrəsinin qeyd edilməsinə ehtiyac olmadığını onlara bildirmişdilər. Çünki **********7461 - nömrəli bəyannamədə hər iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi açıq aydın görünür.Göründüyü kimi görmrük orqanın əməkdaşları tərfindən müraciətimiz elektron sistemə işlənməmişdir. Həmçinin Gömrük orqanının işçilərinin 1 bəyannamənin kifayət etməsi barədə məlumatına uyğun olaraq onlar də hər iki nəqliyyat vasitəsinə 1 bəyannamə təqdim etmişlər. Lakin bəyannamədə hər iki nəqfiyyat vasitəsinin dövlət qeydiyyat nişanları öz əksini tapmışdır.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, nəqliyyat vasitələrinin Gömrük prosedurunun müddətinin uzadılması barədə ərizə müvafiq elektron sistemə işlənməməsi və bir bəyannamədə hər iki nəqliyyat vasitəsinin qeyd edilməsi Cəmiyyətin yox dövlət orqanlarının məsul şəxslərinin məsuliyyətsizliyi, öz işlərinə məsuliyyətsiz yanaşması nəticəsində olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin, ifadəsini, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, «Trans Service Group” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Trans Service Group" MMC tərəfindən xx.xx.2023-ci il tarixli **********7463 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2013-cü il, “WMA06WZZ1DM626872” şassi nömrəli, “MAN TGS 19.400” markalı yəhərli dartıcı 1 (bir) il müddətinə xx.xx.2024-cü İl tarixədək müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır.Bundan başqa iş materiallarında olan gömrük prosedurunun müddətinin uzadılmasına dair xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, Trans Service Group" MMC **********7463 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ********** Sement daşınması üçün sistern tipli yarım yedək Feldbinderin Gürcüstan Respublikasında fəaliyyət göstərməsi nəzərə alınraq müvəqqəti ixrac gömrük prosedurunun 28 yanvar 2025-ci il tarixdədək uzadılmasına dair Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etmiş və müraciət həmin müraciət müvafiq tədbirlər görülməsi üçün həmin tarixdə qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Trans Service Group" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş xəta deyil həmin Məcəllənin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş əməl mövcuddur. Belə ki, “Trans Service Group" MMC **********7463 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və müvəqqəti olaraq gömrük ərazisindən kənara aparılmış nəqliyyat vasitəsi ilə bağlı gömrük prosedurunun uzadılmasına dair müraciəti nəqliyyat vasitəsinin ölkəyə gətirilməli olduğu gündən 22 gün sonra etmiş və müraciət gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə 15 gündən 1 ayadək gecikdirilməklə kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 499.1.4-cü maddəsində Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə üç aydan bir ilədək gecikirilməklə kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “Trans Service Group" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: “Trans Service Group" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar