Məhkəmə qərarları › İş №3(002)-2419/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2419/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2419/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X21 oğlunun, Zərərçəkmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X21 oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 14 noyabr 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş protokoldan aydın olur ki, Şəxs 24 avqust 2025-ci tarixdə, saat 13:00 radələrində “Sədərək” Ticarət X2 sol göz qapağından vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X21 oğlu öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X9 09 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən vətəndaş Şəxs, X8 və X12 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs, X12 və X8 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tərəflər arasında barışıq əldə edilməmişdir. Odur ki, halhazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində iştirak edən X13 öz izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Sədərək” TM-də yaranan yanğınla əlaqədar digər avtomobilləri hadisə yerindən uzaqlaşdırmaq məqsədilə təcili sifariş daxil olmuşdur. O, təcili həmin ünvana gedən zaman ətrafdakı maşınların kənara çəkilməsi üçün idarə etdiyi evakuatorun sayrışan işıqlarını yandırmışdır. O, Ticarət Mərkəzinə doğru hərəkət edən zaman dairəvi hərəkət zolağında avtomobillər gələn zaman bir qədər irəlidə evakuatoru saxlayıb digər nəqliyyat vasitələrinin keçməsini gözləmişdir. Dairəvi zolağa girən Nissan markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü buna kobud reaksiya vermiş, ona avtomobilin içərisindən nalayiq ifadə mənasını verən əl hərəkəti göstərmişdir. O, buna görə də evakuatoru həmin şəxsin avtomobilinin arxasında sürmüş, həmin avtomaşını saxlatmış və maşından düşmüşdür. Həmin şəxs də avtomobilindən düşmüş, sözlə aralarında mübahisələri yaranmışdır. Sonra həmin şəxs onun qəflətən boynunu sıxmışdır. Bundan sonra həmin avtomobildə əyləşən digər şəxs gəlmiş və ona zərbələr endirməyə başlamışdır. Buna əsəbləşən avtomobilin sürücüsü telefonunu əlindən almış və onu yerə çırpmışdır. Yanındakı şəxs isə evakuatorun sol güzgüsünü sındırmışdır. Onlar gedən zaman o, həmin avtomobilin dövlət qeydiyyat nişanının şəklini çəkmişdir. Daha sonra onlar uzaqlaşmışlar. Həmin şəxslərin onu döymələri üçün xüsusi bir səbəbi olmamışdır. Hadisə beş-on dəqiqə davam etmiş və bir xeyli insanlar ora toplaşmışlar. Hal hazırda şikayətçi olduğunu bildirərək göstərmişdir ki, hadisə yerində videokameralar olmuş, onlara baxış keçirilməmiş və ona vurulmuş ziyanla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yeznəsi X14 ilə onun idarə etdiyi "Nissan" markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət etmişlər. Dairəvi hərəkət zolağında qəflətən evakuator avtomobili onların üzərinə sürmüşdür. Buna görə hərə öz avtomobilində olarkən əl işarəsi ilə bir-birilərinə irad bildirmişlər. Sonra onlar öz yolları ilə davam etmişlər. Bu zaman avtomobilin güzgüsündən həmin şəxsin yolunu dəyişib arxalarınca gəldiyini, idarə etdiyi avtomobilin farasından işıq vurmaqla dayanmaqlarını tələb etdiyini görmüşlər. Onlar həmin şəxsin məqsədini başa düşməmişlər. O, avtomobili dayandırmışdır. Sonra Rüstəm həmin şəxslə söhbət etmək üçün avtomobildən düşmüşdür. O, avtomobildən düşən zaman həmin şəxsin qəfildən başı ilə Rüstəmin alnına vurduğunu və sonuncunun başını qolunun arasına alıb, sağ əl ilə də boğazından yapışıb tutduğunu görmüşdür. Sonra o, gəlib onları aralamağa başlamışdır. Mübahisə zamanı onun bədənində xəsarətlər yaranmışdır. Yaser onlara nalayiq ifadələr işlətmişdir. Sonra onlar yenidən bir-birini tutmağa başlamışlar. Həmin vaxt digər bir sürücü də gəlib onları aralamağa çalışmışdır. Həmin şəxs ikisinə də söyüş söyməyə başlamış, video çəkmiş və onu hədələmişdir. O da məcbur olub Yaserin əlindəki telefonu alaraq kənara tullamışdır. Hadisə zamanı onun özü də sol çiynindən xəsarət almışdır. Mübahisə beş-on dəqiqə davam etmiş və oraya kənar şəxslər yığılmışdır. Mübahisə zamanı evakuatorun yan güzgüsünün sındırmamış, ola bilsin dartışan zaman güzgüyə dəymişlər. Bu hadisəni digər insanlar da görmüşdür. Bir nəfər sürücü də gəlib onları aralamağa çalışmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 Qaradağ rayon Şöbəsinin 04 sentyabr 2025-ci il tarixli, 618 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X8 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol göz qapağı, sol bazu, sağ said nahiyəsinin qançırları, sol dirsək oynağı, sol said və bel – oma nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə hadisənin görüntüsünü əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də 24 avqust 2025-ci il tarixdə günorta saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında, avtomobil yolunun kənarında tərəflər arasında münaqişə və əlbayaxa dava baş vermişdir. Bu zaman kənar şəxslər həmin davaya müdaxilə etmiş və ictimai qaydanın pozulması öz əksini tapmışdır. Məhkəmə, daxil olmuş inzibati materialı və tərəflərin izahatını dinləyərək hesab edir ki, inzibati xəta haqqında işdə xuliqanlıq cinayətinin əlamətlərini özündə əks etdirən əsaslı şübhələr olduğundan iş üzrə icraata xitam verilməklə inzibati material müvafiq hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməklə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.2.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin və iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroruna göndərilsin. Hakim: Rufan Mürsəlov İş № 3(002)-2876/2024 QARADAĞ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının protokolu 07 oktyabr 2024-cü il Bakı şəhəri Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X21 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakıları ilə, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılası işi elan edir. Məhkəmə iclası saat 15:50-də açıq elan edilir. Sədrlik edən məhkəmədə iştirak edənlər barəsində məlumat vermək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X21 oğlu və barəsində inzibati icraat aparılan X13 məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edən: Mürsəlov Rufan Kamil oğlu Məhkəmə iclas katibi: Mustafayeva Sevda Bahaddin qızı Sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir və səlahiyətini yoxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs: X13 – 04 dekabr 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Baki şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Baki şəhəri, ünvan 3 ünvanında yaşayan Qaradağ RPİ-nin 38-ci PB-nin nümayəndəsi: X21 oğlu – Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Məhkəmə iclasında iştirak edən şəxslər hüquq və vəzifələrinin onlara aydın olduğunu bildiririrlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərin hər-hansı bir etiraz və vəsatətinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən vəkil təyin edilməsi barədə fikrini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkilə ehtiyacının olmadığını bildirərək hüquqlarını özü müdafiə edəcəyini və vəkildən imtinasının maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirir. Sədrlik edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X21 oğluna söz verir. X21 oğlunun izahatı: həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı X7 19 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişəm. Həmin qərara əsasən vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna və işdə maraqlı olan tərəflərə göndərilməsi, qərarın surətinin qeyd olunan hadisəni törətmiş X13 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra həmin iş mənim icraatıma verilmiş və tərəfimdən X13 barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin sonuncu hal-hazırda məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Odur ki, hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək X8 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Suallar olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 verir. X8 izahatı: bu ilin iyul ayının əvvəllərində Zahidi yaşadığım binanın yaxınlığında görmüşəm, ona salam vermişəm. Bu zaman Zahidin arxasmca söyüş söydüyünü eşitdim. İyun ayının dördündə Zahidlə yenidən görüdüm, axırıncı dəfə nə üçün ona söyüş söyüdüyünü soruşdum. Zahid mənə “əcəb eləmişəm” deyə cavab vermişdir. Bu zaman Zahidlə aramızda mübahisə yaranmış, mən də əsəbiləşərək Zahidi əlim ilə itələmişdim. Lakin onu döyməmişəm və ya ona hər hansı formada xəsarət yetirməmişəm. Hal-hazırda zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlər göstərirəm. Bütün bu qeyd etdiklərimin nəzərə alınaraq barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik elən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Sədrlik edən işin başa çatdığını və məhkəmə çıxışlarının başlandığını bildirdi. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X21 oğlu: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13: iş üzrə inzibati materiala xitam verilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirədən qayıdaraq qərarı elan edir, məzmununu, şikayət etmə müddətini və qaydasını, həmçinin məhkəmə iclas protokolu ilə tanış olub ona qeydlər vermə qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 16:00-da bağlı elan edir. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar