Məhkəmə qərarları › İş №3(002)-242/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-242/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-242/2021 18.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Qazı-Məmməd şəhərində, anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, orta təhsilli, evli, müvəqqəti olaraq ünvan 1 ünvanında ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Şəxs Bakı-Qazax yolunun 65-ci kilometrliyində yerləşən “Xüsusi Karantin” postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-cu PB-nin sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Xüsusi Karantin” postunda yoxlama məntəqəsində xidmətdə olarkən, həmin gün saat 11:00 radələrində Bakı şəhərinə keçmək istəyən xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs karantin qaydalarına uyğun olaraq “Bort komputerdə” rəsmi icazəsinin olmadığını müəyyən etmişlər. Bundan sonra əməkdaşlar tərəfindən sonuncuya geri qayıtması və icazəsinin aktiv olduğu təqdirdə yenidən yoxlama məntəqəsindən keçə biləcəyi izah edilmişdir. Lakin Şəxs dəfələrlə geri qayıtmasına göstəriş verilməsinə baxmayaraq, əməkdaşların qanuni tələbinə məhəl qoymayıb, ictimai asayişi pozaraq polis əməkdaşlarına qarşı təxribat xarakterli çıxışlar səsləndirərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx xxxxxx 2021-ci il tarixli raport əsasında bölməyə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Polis bölməsində həmin şəxsin xx.xx.1974-cü il ildə Azərbaycan Respublikasında anadan olmuş, Ukrayna Respublikası vətəndaşı, Azərbaycan Respublikasıın ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş Şəxs olduğu məlum olmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Ukrayna vətəndaşı olsa da, Azərbaycan Respublikasında doğulmuş və ona Azərbaycan Respublikasıın ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə müddətdir ki, müqavilə əsasında ünvan 2 A ünvanında yerləşən “ARAZNET” Məhdud Məsuliyyətli Cəmiyyətində “ATİ” texnologiyalar üzrə mütəxəsis vəzifəsində çalışır. xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi avtomobil ilə müvəqqəti yaşadığı Hacıqabul rayonundan Bakı şəhərinə gəlmək istəyərkən Bakı-Qazax yolunun 65-ci kilometrliyində yerləşən “Xüsusi karantin” postunda yoxlama məntəqəsində polis əməkdaşları ona icazəsinin olduğu halda “Bort komputerdə” icazəsinin aktiv olmadığını və üzü rayon istiqamətinə doğru qayıtmağını bildirmişlər. Bundan sonra o orada xidmətdə olan polis əməkdaşlarına özünə məxsus mobil telefonuna baxmalarını və müvafiq icazəsinin olduğunu görmələrini bildirmişdir. Polis əməkdaşları da ona icazəsi aktiv olunmuşsa belə yenidən yoxlama məntəqəsində sıraya durmasını demişlər. Oda icazəsinin mövcud olduğu halda postdan buraxılmamasından əsəbləşərək polis əməkdaşlarına “niyə camaatı əsassız yerə incidirsiniz” sözlərini demişdir. Daha sonra əsassız olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə gətirilmişdir. Onun əməlində heç bir, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Ona görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 6-cı tağım YPXBİ-nin polis kaptanı Mövlayev Natiq tərəfindən Qaradağ RPİ-nin 11-ci PBnin rəisi polis-polkovniki Yasər İbadova ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində yerləşən “Xüsusi Karantin” postunda yoxlama məntəqəsində YPX inspektoru tərəfindən xx.xx.1974cü il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Şəxs Ababs oğlu idarə etdiyi avtomobillə yoxlanılarkən müəyyən olunmmuşdur ki, o, karantin qaydasını pozaraq Bakı şəhəri istiqamətinə doğru hərəkət edir. Bu səbəbdən də Şəxs idarə etdiyi avtomobili döndərərək əks istiqamətə geri qayıtması barədə göstəriş verilsə də, o avtomobilini polisin qanuni tələbinə əməl etməyərək postun ərazisində olan boş meydançada saxlamışdır. Onlar Şəxs bildirmişlər ki, o, karantin rejimi qaydalarına uyğun olaraq Bakı şəhərinə gedə bilmir. Həmçinin ona izah edilmişdir ki, qeydiyyatı sonradan alınsa, o halda yenidən geri qayıdıb yoxlama məntəqəsindən keçməlidir. Butün bu deyilənlərə baxmayaraq o ictimai asayişi pozaraq orada olan insanlar arasında onlaraq qarşı təxribat xarakterli çıxışlar edərək “bu camaatı niyə bezdirirsiniz, əsassız yerə niyə incidirsiniz, məni dərhal buraxmalısınız bu iş sizə baha başa gələcək” sözlərini demişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna uyğun tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Şəxs, həqiqətən, Ukrayna Respublikası vətəndaşıdır və ünvan 3 ünvanında yaşayır. İcazənin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixinə qədərdir. “X3 haqqında “ protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11:30 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00da Bakı-Qazax yolunun 65-ci kilometrliyində yerləşən “Xüsusi Karantin” postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda iş materialları ilə də uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar