Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2420/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zərdab rayonu Bəyimli qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə Şəxs ünvan 1 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı keçmiş həyat yoldaşı X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X1 qəsəbəsində yaşadıqları fərdi yaşayış evində keçmiş həyat yoldaşı Şəxs tərəfindən əlində olan telefonu alaraq döyülməsi barədə ərizə ilə 10-cu Polis Bölməsinə müraciət etmişdir. Qeyd olunan müraciət üzrə araşdırma materialı 10-cu Polis Bölməsindən 38-ci Polis Bölməsinə göndərilmişdir. Bölmədə təhqiqatçı tərəfindən ekspertiza təyin edilmiş, tərəflərin izahatları alınmış, aparılmış araşdırma nəticəsində Şəxs cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar əsasında onun İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alındığından o, inzibati protokol tərtib etmişdir. Protokolu müdafiə etdiyini bildirərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, X5 xəsarət yetirməmişdir. Fiqurə Əliyevanın şikayətini əsassız hesab edir. Qeyd etmişdir ki, o, sadəcə Fiqura Əliyeva evdən çıxıb getdiyi üçün ona aldığı telefonu geri istəmişdir. Heç bir günahı və təqsiri olmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 öz izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı Sabiq evli olduqları müddət ərzində daima onu nalayiq ifadələrlə təhqir edib, onunla pis rəftar etdiyi üçün 2021-ci ildə boşanmışlar. Boşandıqdan bir müddət sonra Sabiq gəlib ona qarşı etdiyi səhvləri başa düşdüyünü, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdiyindən yenidən barışmışlar. Lakin barışdıqdan sonra da Sabiqlə aralarında münaqişəli vəziyyət davam etmişdir. Sonuncu dəfə xx.xx.2025 il tarixdə evdə münaqişə etdikdən sonra Sabiq evdəki özünə məxsus əşyaları yığıb Qızıldaş qəsəbəsində olan evinə aparmış, bu zaman ona məxsus telefonu da götürmüşdür. Həmin vaxt o, Qızıldaş qəsəbəsinə gedib qardaşının xəstəxanada olduğunu, ondan xəbər almaq istədiyini bildirərək Sabiqdən telefonunu istəmiş, danışdıqdan sonra geri qaytaracağını demişdir. Bundan sonra Sabiq onun qolundan tutaraq onu otaqda olan dəmir kravata və divara vurmuşdur. Bundan sonra o, 102 xidməti zəng mərkəzinə yığıb şikayətini bildirmiş, daha sonra isə qızının evinə getmişdir. Şikayəti ilə bağlı 10-cu Polis Bölməsinə dəvət edilərək izahatı alınmış, qolunda və ayağında olan xəsarət izləri ilə bağlı şikayətinin olubolmadığı soruşulduqda şikayətçi olduğunu bildimişdir. O, xəstəxanaya gedərək müayinədən keçmişdir. Hadisədən sonra da Sabiq onu və yaxınlarını dəfələrlə narahat edərək nalayiq söyüşlərlə təhqir etmişdir. Suala cavab olaraq bildirmişdir ki, Sabiqin onu döyməsi nəticəsində qolundan və ayağından xəsarət almışdır. Sabiqdan şikayətçidir və onun barəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxışında hadisənin şəxsi ailə münasibətlərinin pozulması zəminində baş verməsini, tərəflərin gələcəkdə barışma ehtimalının yüksək olmasını, eləcə də hüquqlarını müdafiə etdiyi şəxsin yaşını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı keçmiş həyat yoldaşı X4 döymüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti sahə rəisina göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X10 canlı şəxsin ekspertizası 698 saylı, xx.xx.2025-ci il tarixli ekspertin rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ bud nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 həftə əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və həm ümuçilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli hesab etməməsi barədə izahatı müdafiə xarakterli olmaqla tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən isə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üçün Qaradağ rayon icra hakimiyyətinə və məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2420/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2420/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver