Məhkəmə qərarları › İş №3(002)-2422/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2422/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2422/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X3, Qərarından şikayət verilən orqanın nümayəndəsi X1 iştirakları ilə, X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Qaradağ rayonu Heybət yolunda hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətli avtomobil tərəfindən ona saxla əmri verilmiş, o, nəqliyyat vasitəsini qırağa çəkib saxladıqdan sonra nəqliyyat vasitəsində "sport amortizator" olduğu bildirmişi və nəqliyyat vasitəsinə İXM 342.2.2ci maddəsi ilə protokol tərtib edilərək avtonəqliyyat vasitəsi cərimə meydançasına qoyulmuşdur. O bunun qanunsuz olduğunu, özünə məxsus nəqliyyat vasitəsində İXM 342.2.2ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) maddəsinin tələblərini pozan heç bir əlavə avadanlığın olmamasını bildirsə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparıldı və qanunsuz olaraq avtomobilə heçbir baxış keçirilmədən barəsində cəza tədbiri görüldü. Bildirir ki, X8 əməkdaşları barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Avtomobilə quraşdırılmış sport amortizatorların İSO 9001 beynelxalq standartlara ve normativ tələblərə cavab verilməsinə dair sertifikatı var. Buna görədə X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət vermiş X4 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Polisi Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təqdim edilmiş “kaylover” asqı siteminin sertifikatı sözügedən avadanlığa məxsus olmasına baxmayaraq, bu avadanlığın nəqliyyat vasitəsinə quraşdırılması yalnız xüsusi texniki şərtlərlə mükündür. Lakin X4 bu tələblərə riayət etməmiş və texniki rəy olmadan həmin avadanlığı avtomobilinə quraşdırmışdır.Qeyd edilənlərə əsasən şikayətin rədd edilməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələri ilə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 01 ədəd CD diskdə olan videogörüntüdə “BMW 530 İ” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə istismarı qaydalarının pozularaq avadlığın dəyişdirilməsi vizual olaraq görünür. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “BMW 530 İ” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən sürücü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə yol verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddələrində göstərilən inzibati xətalar törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddələrdə göstərilən inzibati xətaları törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddələrdə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 X7 Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar