Məhkəmə qərarları › İş №3(002)-243/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-243/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-243/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini qərəzli olaraq icrasına mane olmuşdur. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X6 paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməlidir. Lakin, cavabdeh X4 iddiaçının həmin ünvana köçməsinə mane olaraq, qətnamənin icrasını həyata keçirmir. xx.xx.2024-cü ildə icra sənədinin icra edilməsi ilə bağlı həmin ünvanda olmuş və borclu tərəfindən sənədin icrasına etiraz edilərək, icraya mane olunmuşdur. Bununla bağlı akt tərtib edilmiş tərəflərin imzaları ilə təsdiq edilmişdir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, tələbkara sözügedən ünvanda yerləşən həyətdə payına müvafiq köməkçi evi təqdim etsə də tələbkar həmin evdə yaşamaqdan imtina etmiş, və onunla birgə eyni evdə yaşamaq məqsədində israr etmişdir. Lakin, hazırda uzun müddətdir ki, qardaşı X7 ilə arasında ixtilaf mövcuddur və birlikdə yaşamaları münaqişə yaradır. Həmçinin mübahisə obyekti olan evdə yaşayan ailə üzvlərinin say çoxluğunu nəzərə alaraq, daha bir ailənin həmin evdə yaşaması çətinlik törədə bilər. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməlidir. Həmin evin 1/8 hissəsinə paylı mülkiyyətçidir. Lakin, borclu Şəxs ona həmin evə köçməyə mane olmuş, evin qapısının kilidini dəyişdirmiş və onun evdə yaşamasına icazə verməmişdir. Hazırda illərdir evsiz olduğunu və son 3 ildir ki, dostunun evində yaşadığını, icra vərəqi üzrə bacı və qardaşından evin ona düşən hissəsində yaşamasına icazə verilmədiyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı X6 paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra məmuru, hal şahidləri, tələbkar və borclu tərəfindən imza ilə təsdiqlənmiş aktdan görünür ki, icra sənədinin icra edilməsi ilə bağlı ünvan 2 ünvanda yerləşən evə köçürülməsinin təmin edilməsi üçün gedilmiş, lakin, borclu Şəxs tərəfindən aqressiv münasibət göstərilərək etiraz sərgilənmiş, qətnamənin icrasına mane olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Habelə hal-hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə etiraz göstərilmiş və icra sənədlərinin icrasına mane olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar