Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2436/2023 20.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X7 tərəfindən idarə olunan və X4 məxsus **-LZ-*** dövlət nömrə nişanli, “Mercedes Benz” C230 markalı avtomobili ilə 11 sentyabr 2023-cü il tarixində Yasamal Vellinqton yaşayış massivində İXM nin 327.2-ci maddəsinə əsasən 1.1.1.3 va 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozduğu üçün protokol tərtib edilmişdir. Elektron kabinetə gələn görüntüləri izlədikdə kameranın çəkilişindən sola dönərkən 1.3 yəni qoşa xəttin tələbini pozulduğu göstərilir. Lakin, real olaraq həmin hissədə döndüyü tərəfdən 1.11 nişanlanma xətti (qırıq xətt) vardır. Kamera uzaq məsafədə olduğu üçün və qırıq xətt standartlara uyğun olmadığından fokslamaqla qoşa xətt kimi qeydə alıb. Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanuna əsasən yol nişanları və nişanlama xətləri görünən və aydın şəkildə olmalıdır. Yarana biləcək hər hansı uyğunsuzluq isə vətəndaşın xeyrinə həll olunmalıdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini, təqdim olunmuş videogörüntünü və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 tərəfindən idarə olunan və X4 məxsus **-LZ-*** dövlət nömrə nişanli, Mercedes Benz C230 markalı avtomobili ilə 11 sentyabr 2023-cü il tarixində Yasamal Vellinqton yaşayış massivində İXM nin 327.2-ci maddəsinə əsasən 1.1.1.3 va 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdətəqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əri X7 tərəfindən idarə olunan və X4 məxsus **-LZ-*** dövlət nömrə nişanli, “Mercedes Benz” C230 markalı avtomobilinə quraşdırılmış kamera vasitəsilə inzibati xəta hadisəsi törədilmiş ərazidə qeydə alınmış, CD diskə yerləşdirilmiş videogörüntüdən məlum olur ki, onun manevr etdiyi yolun həmin hissəsi Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 11-ci bəndinə əsasən “1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən” üfüqi nişanlanma xətti olan yoldur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X7 tərəfindən idarə olunan və X4 məxsus **-LZ-*** dövlət nömrə nişanli, Mercedes Benz C230 markalı avtomobili ilə 11 sentyabr 2023-cü il tarixində Yasamal Vellinqton yaşayış massivində İXM-nin 327.2-ci maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 tərəfindən nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətasına yol verməsi halı ümumiyyətlə müəyyən edilmir. Qeyd olunan yol nəqliyyat hadisəsi Yasamal Vellinqton yaşayış massivində baş vermişdir. Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun 69-cu maddəsinin 6cı hissəsinin 11-ci bəndinə əsasən 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət edərək sola və ya geriyə dönmə qaydalarını düzgün icra etmişdir. Lakin, Azərbaycan Respublikası DİN BDYP-nin X1 əldə edilmiş 3866957EB8AD67F4 saylı kameranın qeydə aldığı görüntülərdə yolun həmin hissəsi dəqiq əks olunmayaraq, Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 1-ci və 3-cü bəndlərinin (1.1;1.3) tələblərinin pozulması kimi qeydə alınmışdır. Bu səbəbdən inzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması zərurəti yaranmışdır. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16834914 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2436/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2436/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver