Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2436/2025 28.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 ARDİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 20571267 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ARDİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 20571267 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 20571267 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı əsasında o **-JH-*** dövlət qeydiyyat nişanlı maşınla İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 45 manat məbləğində cərimə edilmişdir. **-JH-*** dövlət qeydiyyat nişanlı maşın ona məxsus deyil və onun istifadəsində olmaya olmaya onun sürücülük vəsiqəsinə cərimə yazılmışdır. Həmin qərar barəsində oktyabr ayında sürücülük vəsiqəsini dəyişməyə getdiyi zaman xəbərdar olmuşdur. Barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 20571267 nömrəli qərarın ləğv edilib İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etsə də, şikayətə barəsində qəbul edilmiş qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 ARDİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ 20571267 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2436/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2436/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver