Məhkəmə qərarları › İş №3(002)-2437/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2437/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2437/2023 28.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-466/2018 saylı, 03 oktyabr 2018-ci il tarixldə verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 466/2018 saylı, 03 oktyabr 2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs 1000 (min) manat, X1 650 (altı yüz əlli) manat, X2 5900 (beş min doqquz yüz) manat pul və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun müştərək qaydada onlardan tutularaq X6 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 12 oktyabr 2018-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu yuxarıda qeyd olunan borcu ödəmədiyindən Qaradağ rayon Məhkəməsinin 3(002)-185/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin borclu həmin qərarın icrasını da yerinə yetirmədəyinə görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 3(002)-955/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu bu günədək 1000 manat borcundan cəmi 50 manat ödəniş etmiş və məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınmışdır. Bundna başqa borclu icra məmurunun çağırışlarına da məhəl qoymayaraq çağırışlara gəlməmiş və buna görə də 27 noyabr 2023-cü il tarixdə barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X8 ilə əlaqə saxlanılsa da sonuncu məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, lakin yığılıb qalmış borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu mobil telefon vasitəsi ilə bildirmişdir. Hazırda isə borclu tələbkara olan borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 28 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, X8 ona 2015-ci ildə faizə borc pul vermiş və borcunu 2016-cı ildə qaytarmışdır. Hal-hazırda tələbkara heç bir borcu olmasa da qeyd olunan 950 manat borcdan imkan yaradılacağı təqdirdə müəyyən ödənişlər edə bilər. Odur ki, qeyd edilənlərin nəzərə alıanaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 3(002)-185/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarından aydın olur ki, Şəxs yuxarıda qeyd olunan qətnamənin icrasından qərəzli olaraq yayındığı üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 3(002)- 955/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərarından aydın olur ki, Şəxs Qaradağ rayon Məhkəməsinin 3(002)-185/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 500 manat məbləğində cəriməni ödəməkdən yayındığına görə Azərbaycan Respublikası İXMnin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq yenidən qətnaməni qərəzli olaraq icra etməməsini nəzərə alaraq barəsində minimum həddən yuxarı məbləğdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar