Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-244/2021 18.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin polis sahə inspektoru, polis-leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Ş.Qurbanov küçəsi, ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin polis sahə inspektoru, polis-leytenantı Ülvi İsmayılov tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin polis sahə inspektoru, polis-leytenantı Ülvi İsmayılov protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın əməkdaşları BDYPİ-nin 719 saylı stasionar postunda xidmət apardıqları zaman “Mercedes Vita” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəflərindən saxlanılaraq, sürücünün və nəqliyyat vasitəsində olan şəxslərin karantin rejimi ilə bağlı müvafiq icazələrinin olub-olmaması yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitəsinin sürücüsü Şəxs, sərnişin qismində X4, X5, X8 və X3 rayon qeydiyyatında olan şəxslərdi və Bakı şəhərinə daxil olmaq üçün hər hansı xüesusi icazələri yoxdur. Bundan sonra əməkdaşlar tərəfindən sərnişinlər X4, X5 və X8 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati xəta xəta haqqında protokol tərtib olunaraq sonuncular yaşadıqları rayon istiqamətinə qaytarılmışlar. Sürücü Şəxs isə Baş Dövlət X13 X15 alayının əməkdaşları tərəfindən saxlanılaraq xx xxxxxx 2021-ci il tarixli raport əsasında müvafiq tədbir görülməsi üçün ərazi üzrə Qaradağ RPİ-nin 11-ci PBnə gətirilmişdir. Polis bölməsində Şəxs izahatı alınmış və o, həmin gün tərəfindən barəsində tutma haqqında protokol tərtib edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. “Mercedes Vita” markalı **-ND-*** dövlət nömrə nişanlı olan avtomobil ona məxsusdur. xx xxxxxx 2021-ci il tarixdə Astara rayonuna cənazə aparmış və həmin gün Bakı istiqamətinə doğru yola düşmüşdür. Bakı-Ələt qəsəbəsinin 65-ci kilometrliyində quraşdırılan “Xüsusi karantin” postunda yoxlama məntəqəsində polis əməkdaşlarına idarə etdiyi avtomobilin cənazə maşını olduğunu bildirərək postdan keçmiş və üzü Bakı istiqamətinə doğru hərəkətini davam etdirmişdir. Təxminən 3 kilometr getdikdən sonra yolun kənarında dayanan tanımadığı dörd nəfər şəxs ona əlləri ilə saxla işarəsi vermiş və o avtomobili saxlamışdır. Həmin şəxslər ona yaxınlaşaraq onlarıda Bakı şəhərinə aparmağı xahiş etmişlər. Bundan sonra oda həmin şəxsləri idarə etdiyi avtomobilə mindirərək yenidə üzü Bakı şəhərinə doğru yola düşmüşdür. Həmin gün saat 13:30 radələrində BDYPİ-nin 719 saylı YPX postunda polis əməkdaşları ona saxla işarəsi vermiş və oda idarə etdiyi avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib “Bort kompüter” vasitəsilə onun və avtomobildə olan sərnişinlərin icazələrini olub-olmadığını yoxlamış, yoxlama zamanı onun və avtomobildə olan sərnişinlərin rayon qeydiyyatında olduqları və Bakı şəhərinə daxil olmaq üçün icazələrinin olmadığı müəyyən olunmuşdur. Bundan sonra avtomobildə olan sərnişinlər cərimə olunaraq rayon istiqamətinə doğru geri qaytarılmış, o isə polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinə gətirilmişdir. Məhkəmədən bir daha analoji hallara yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin rəisi, polis polkovniki Yasər İbadova ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində BDYPİ-nin 719 saylı stasionar postda xüsusi karantin rejimi qaydalarını pozduğuna görə barəsində qanunamüvafiq qaydada tədbir görülməsi xashiş olunur. “X12 “haqqından protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin polis sahə inspektoru, polis-leytenantı Ülvi İsmayılov tərəfindənxx xxxxxx 2021-ci il tarixdə saat 13:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatdan, habelə iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli raportdan, Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinin 11-i polis bölməsinin polis sahə inspektoru, polis-leytenantı X6 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin yazılı izahatından aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində idarə etdiyi “Mercedes Vita” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobillə özünün Bakı şəhərinə daxil olmaq üçün heç bir icazəsi olmadığı halda rayon qeydiyyatında olan və Bakı şəhərinə daxil olmaq üçün xüsusi icazəsi olmayan sərnişinlər X4, X5, X8 və X1 qanunsuz olaraq Bakı şəhərinə daşımaqla karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, əməlindən səmimi peşmançılıq keçirməsi nəzərə alınaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası həddində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. kim (İmza) Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-244/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-244/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver