Məhkəmə qərarları › İş №3(002)-2443/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2443/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2443/2020 23.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs təkrarən karantin rejim qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 211, 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə tərtib edilməmiş, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Halbuki, İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda əks olunmalıdır. Bundan başqa yuxarıda qeyd olunan protokolda Şəxs tərəfindən İXM-nin 211 və 535ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi göstərilsə də, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs konkret olaraq İXM-nin 211 və 535-ci maddələrinin hansı bəndləri ilə inzibati məsuliyyətə cəlb olunması qeyd olunmamışdır. Halbuki, 100.1.5-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasə məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar