Məhkəmə qərarları › İş №3(002)-2447/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2447/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2447/2024 25.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsəsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 4850 manat gəlirin iki misli miqdarında, yəni 9700 (doqquz min yeddi yüz) manat miqdarında cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2102/2024 saylı qərarına əsasən Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vəkili tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 4850 manat gəlirin iki misli miqdarında, yəni 9700 manat miqdarında cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə materiallar yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "İnstagram" sosial şəbəkəsində "Brend_gumuw925" adlı səhifədə online qaydada gümüş məhsullarının satışı ilə məşğul olmaqla ümumilikdə 4850 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs və X2 izahatları, Qaradağ RPİ-nin 10-cu PŞ-də toplanmış HK- 1,1545/24 nömrəli material əsasında daxil olmuş sənədlərlə sübut olunur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X3 çıxış edərək bildirmişdir ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “İnstagram” sosial şəbəkəsində “Brend_gumuw925” adlı səhifədə online qaydada gümüş məhsullarının satışı ilə məşğul olmaqla ümumilikdə 4850 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs və X2 izahatları, Qaradağ RPİ-nin 10-cu PŞ-də toplanmış HK-1,1545/24 nömrəli material əsasında daxil olmuş məlumatla təsdiq edilir. Şəxs izahatında bildirmişdir ki, 2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “İnstagram” sosial şəbəkəsində “Brend_gumuw925” adlı səhifədə online qaydada gümüş məhsullarının satışı ilə məşğul olmuş, VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuş, hər ay 50 manat gəlir əldə etmişdir. X6 izahatında təsdiq etmişdir ki, Şəxs “İnstagram” sosial şəbəkəsində online qaydada gümüş məhsullarının satışı ilə məşğul olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məlumat axtarış sistemindən əldə edilmiş məlumata əsasən, Şəxs sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.3-cü maddəsinə əsasən Qaradağ RPİ-nin 10-cu PŞ-də toplanmış HK-1/1545-24 nömrəli material əsasında daxil olmuş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas isə həmin məlumat üzrə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan xətaların əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Odur ki, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Vəkil çıxışında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Brend_gumuw925" adlı səhifəni 2015-ci ildə açmış, lakin o, 2019-cu ilədək fəaliyyət göstərərək az miqdarda gəlir əldə etmişdir. 2020-ci il tarixdən “Covid-19” pandemiyasına görə səhifəni işlədə bilməmişdir. O, Qaradağ rayon prokurorluğunda verdiyi izahatında həyəcanlı olmuş, bu səbəbdən də əldə etdiyi gəlirin miqdarını düzgün qeyd etməmişdir. Əslində əldə etdiyi gəlir izahatında qeyd etdiyindən qat-qat aşağıdır. 2015-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə müvəqqəti yaşamaq üçün həyat yoldaşı ilə gəlmişlər. Həmin il instaqram hesabından "Brend_gumuw925" adlı səhifə açmışdır ki, qazanc əldə edib, ailəsinin dolanışığına yardım edə bilsin. O isə Bakı şəhərinin mağazalarından məhsul alıb satdığı üçün hər birinin üzərinə qoyduğu cüzi məbləğdən həm çatdırılma üçün, həm digər xərcləri olduğundan, gəliri çox olmamışdır. Hətta dəfələrlə mağazadan alıb satdığı məhsulda problem olduğu üçün geri qaytarılma olmuş, əksinə ziyana düşdüyü aylar da olmuşdur. O, daha əvvəlki izahatında hər ay 50 manat yox, 3 aydan bir 50 manat pulu olmasını qeyd etsə də izahatında fərqli yazılmışdır. 2020-ci ilin mart ayından pandemiya başladığı üçün o, nəinki satıb qazanc əldə etmiş, həmin müddətlərdə heç evdən çölə çıxa bilməmişdir. Belə ki, gün ərzində evdən çıxmağa təcili işlər üçün qısa müddət qoyulduğu üçün nə o, nə yoldaşı heç bir işlə məşğul ola bilməmişlər. Həmin müddət Bakı şəhərində qazancları olmadığı üçün qediyyatda olduqları Hacıqabul rayonuna qayıtmışlar. Həmçinin, qeyd etmişdir ki, həmin hesab 2014-cü ildə yox, 2015-ci ildə açılmış və həmin dövr üzrə onun hər ay 50 manat yox 2-3 aydan bir 30 manat gəliri olmuşdur. Həmin hesab pandemiya dövründə ümumiyyətlə iştifadə olunmamış, heç bir qazanc əldə edilməmişdir. Odur ki, hüquqlarının müdafiəsini həyata keçirdiyi şəxsin izahatında qeyd olunduğu kimi 2022-ci ildən 2024-cü ilə qədər 50 manat qazanc əldə etməsi tamamilə əsassızdır. Qərarı qəbul etmiş orqan yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını sübut kimi təqdim edir, həmin səhifədən 2023 və 2024-cü illər ərzində hər hansı məhsulun satışı barədə sübut təqdim etməmişlər. Bundan əlavə qeyd etmişdir ki, təqdim olunmuş xidmət müqaviləsi və əmək müqaviləsinə dair bildirişdən görünür ki, 2024-cü ilin may ayından etibarən o, X2 işçisidir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Şəxs izahat verərək bildirdi ki, həmin instagram hesabını o, 2015-ci ildə açmış, 2017-ci ildən 2019-cu il tarixədək gümüş aksessuarların alğı-satqısı ilə məşğul olmuşdur. Lakin 2020-ci il tarixdə yaranmış pandemiya ilə əlaqədar problem yaşamış və hesab aktiv qalmasına baxmayaraq, həmin ildən etibarən heç bir satış fəaliyyəti həyata keçirməmişdir. Həmçinin qeyd etmişdir ki, o, 2024-cü ilin may ayından etibarən N.A.Cəfərovun işçisi kimi rəsmi qeydiyyata alınmış, işəgötürənlə onun arasında bağlanmış müqaviləyə əsasən sonuncunun mağazasında olan məhsulları sosial şəbəkədə (brand_ilahə adlı instagram səhifəsində) reklam etməsi onun öhdəliklərinə aiddir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş X5 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı alınmış və sonuncu vermiş olduğu ifadəni oxuyaraq öz imzası ilə təsdiq etmiş və öz yazı xətti ilə izahatını təsdiq etdiyini qeyd etmişdir. İzahatı alınarkən ona heç bir zorakılıq tətbiq edilməmişdir. Hazırki iclasda Şəxs həmin tarixdə prokurorluqda vermiş olduğu izahatını təkzib etməsi isə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "İnstagram" sosial şəbəkəsində "Brend_gumuw925" adlı səhifədə online qaydada gümüş məhsullarının satışı ilə məşğul olmaqla ümumilikdə 4850 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs və X2 izahatları, Qaradağ RPİ-nin 10-cu PŞ-də toplanmış HK- 1,1545/24 nömrəli material əsasında daxil olmuş sənədlərlə sübut olunur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "İnstagram" sosial şəbəkəsində "Brend_gumuw925" adlı hesabın ekran görüntülərindən aydın olur ki, fiziki şəxs Şəxs "Brend_gumuw925" adlı hesabı 2015-ci ildən aktiv olunmuş, və sonuncunun alğı-satqı fəaliyyəti 2017-2018-ci illər üzrə tarixləri əhatə etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən etibarən satıcı olaraq işəgötürən X2 işçisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 3.1-ci bəndinin 6-cı hissəsinə əsasən mağazanın sosial şəbəkələrində çəkilmiş şəkilləri paylaşmaq və sosial şəbəkələrdən gələn müştərilərin suallarına cavab verərək mağaza ilə əlaqələndirmək vəzifəsi Şəxs öhdəliklərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, fiziki şəxs Şəxs "Brend_gumuw925" adlı hesabı 2015-ci ildən aktiv olunmuş, və sonuncunun alğı-satqı fəaliyyəti 2017-2019-cu illər üzrə tarixləri əhatə etmişdir. Bundan əlavə, Qaradağ Rayon Prokurorluğundan həmin fəaliyyətin məhz son bir il ərzində aparılmasını və bu fəaliyyətdən gəlir əldə etməsini sübut edəcək mötəbər dəlillər təqdim olunmamışdır. İnzibati xəta haqqında qərarı qəbul etmiş orqan məhkəməyə həmin səhifənin mövcud olduğunu təqdim etsə də, səhifədə qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğunu və davamlı şəkildə həmin fəaliyyətlə məşğul olmanı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səhifənin hazırki vaxtda mövcud olması, eyni zamanda gümüş məhsullarının satışının aparılmasına səbəb Şəxs X4 məxsus mağazada satıcı işləməsi və tutduğu vəzifə ilə bağlı xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə əsasında onun üzərinə qoyulmuş öhdəlikdir. Məhkəməyə təqdim olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə nəzər yetirdikdə Şəxs xx.xx.2024-cü il tarixdən satıcı kimi qeydiyyata alındığı müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqına qərar xx.xx.2024-cü il tarixdə qəbul olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həm əmək və xidmət müqavilələri artıq mövcud olmuşlar. Odur ki, inzibati qanunvericiliyə əsasən sübutetmə yükü Qaradağ Rayon Prokurorluğunun üzərinə düşdüyündən və məhkəmə baxışında həmin mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə əsasən başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar