Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2448/2024 16.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 28 avqust 1992-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 14 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 14 avqust 2024-cü il tarixdə, saat 17:46-da «Hyundai Elantra» minik markalı ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsində saxlanılmış, bu zaman onun bir il ərzində təkrarən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 17:55 radələrində İXM-nin 333.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 14 avqust 2024-cü il tarixdə, saat təxminən 17:46 radələrində xidmətdə olarkən «Hyundai Elantra» minik markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. O sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirmiş, bu zaman sürücünün həm də alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs buna heç bir etiraz etmədiyi üçün yerindəcə alkoqol sərxoşluğu müayinəsindən keçirilmiş və onda 0.337 faiz alkoqol sərxoşluğu aşkar olunmuşdur. O öz izahatında onu da qeyd etmişdir ki, sürücü Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 05 avqust 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Nəticədə sürücü Şəxs barəsində 14 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Halhazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunda, ünvanını dəqiq bilmədiyi mənzildə bacısı ilə birlikdə yaşayır. Evlidir, himayəsində üç azyaşlı uşağı var. 14 avqust 2024-cü il tarixdə saat 17:46 radələrində idarə etdiyi «Hyundaı Elantra» minik markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsində saxlamış və onda alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və Qaradağ RPİ-nin DYPŞ təqdim edilmiş 02360 qeydiyyat nömrəli, 642050 seriyalı alkotestr qəbzindən aydın olur ki, 14 avqust 2024-cü il tarixdə, saat 17:46-da Şəxs 0.337 faiz alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 20:20 radələrində «Hyundaı Elantra» minik markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-nin 333.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Şəxs il ərzində təkrarən sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona digər əsas cəza kimi cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2448/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2448/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver