Məhkəmə qərarları › İş №3(002)-2460/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2460/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2460/2020 11.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X9 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2324/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından 94322492 nəqliyyat vasitəsində, Nİ2020713 nömrəli, xx.xx.2020 tarixli invoys sənədi ilə idxal edilmiş, “Stomotoloji avadanlığı ilə vahid əsas üzrətində yerləşdirilmiş bormaşınlar” adlı yükün, **********4315 saylı gömrük bəyannaməsinin 31-ci qrafasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014 tarixli, 100/143 sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsivvələrinin təsdiqi haqqında Sərəncamı”nın, Qrafa 31. "“Malların təsviri” (Eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü) haqqında bölmədə qeyd edilən, malın adı (ticari, kommersiya və va digər ənənəvi), istehsalçı haqqında məlumat (belə məlumatlarlar olduqda), malın ticarət nişanı, markası, artikulu, sortu. standartı, modeli və digər texniki xüsusiyyətləri, malın miqdarı və tərkibi haqqında məlumatlar düzgün doldurulmamışdır, həmçinin X1 sisteminə “Dental Unit "TJ2688-A1 Foshan Chair” markalı stomotoloji avadanlığın səkilləri təqdim edilmişdir. Yük məmuru tərəfindən səkillərin yüklə eynilik təşkil etmədiyi və marka modelin “YD-X1 Dental Unit” olduğu söylənmişdir. Belə olduğu halda yükün dəyərində şübhə yarandığı qeyd edilmişdir. 34/012/028281 nömrəli xx.xx.2020-ci il tarixli material üzrə malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ünvan 1 ünvanında qeydiyyatda Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından CMAU ******* nömrəli konteynerdə daxil olan və adı qeyd olunun MMC tərəfindən gömrük orqanına **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən Çin Xalq Respublikasında istehsal olunan 26 dəst yarım sökülü vəziyyətdə olan, “YD-X1 Dental Unit” markalı stomatoloji avadanlığı ilə vahid əsas üzərində yerləşdirilmiş bormaşınların dəyərinin müəyyən edilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim edilən malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində arayış verilməsi üçün tərəflərindən 1400-013/0xx-xx/007736 saylı xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş və adı qeyd olunan mərkəzdən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışında TƏDQİQATA TƏQDİM EDİLMİŞ ÇİN XALQ RESPUBLİKASİNDA İSTEHSAL OLUNMUŞ, 26 DƏST “YD-X1 Dental Unit” markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin 1 ədədinin xx.xx.2020-ci il tarixə orta bazar qiymati təxminən 2500,00 manat, 26 ədədinin qiyməti isə 65000 manat müəyyən edildiyi qeyd edilmişdir. **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloii kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə “Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun əlavə gömrük ödənişlərinin varanıb-yaranmayacağı, yarandığı təqdirdə əlavə ödəniləcək gömrük ödənişləri barədə Əməliyyat və X5 şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030844 nömrəli xx.xx.2020-ci il tarixli raportla müraciət olunmuş, alınmış 34/012/031033 nömrəli cavab raportunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışına əsasən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə ‘‘Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə olaraq 2872,50 manat əlavə dəyər vergisi gömrük borcu yarandığı qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X6 gömrük borcunun məbləği barədə bildiriş verilmişdir. Bununla da, Şəxs MMC tərəfindən **********4315 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 26 dəst "YD- X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin gömrük dəyərini düzgün bəyan etməyərək az miqdarda ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə etdiyini qeyd edib əlavə olaraq izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından 94322492 nəqliyyat vasitəsində, Nİ2020713 nömrəli, xx.xx.2020 tarixli invoys sənədi ilə idxal edilmiş, “Stomotoloji avadanlığı ilə vahid əsas üzrətində yerləşdirilmiş bormaşınlar” adlı yükün, **********4315 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Mallara Abşeron gömrük postunda baxış zamanı malların dəyərinin düzgün bəyan edilməməsi şübhəsi yaranmış və bundan sonra ünvan 2 ünvanında qeydiyyatda Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından CMAU ******* nömrəli konteynerdə daxil olan və adı qeyd olunan MMC tərəfindən gömrük orqanına **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən Çin Xalq Respublikasında istehsal olunan 26 dəst yarım sökülü vəziyyətdə olan, “YD-X1 Dental Unit” markalı stomatoloji avadanlığı ilə vahid əsas üzərində yerləşdirilmiş bormaşınların dəyərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş və adı qeyd olunan mərkəzdən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışında tədqiqata təqdim edilmiş Çin Xalq Respublikasında istehsal olunmuş, 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin 1 ədədinin xx.xx.2020-ci il tarixə orta bazar qiymati təxminən 2500,00 manat, 26 ədədinin qiyməti isə 65000 manat müəyyən edilmişdir. Buna müvafiq olaraq **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə “Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacağı, yarandığı təqdirdə əlavə ödəniləcək gömrük ödənişləri barədə Əməliyyat və X5 şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030844 nömrəli xx.xx.2020-ci il tarixli raportla müraciət olunmuş, alınmış 34/012/031033 nömrəli cavab raportunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışına əsasən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə “Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə olaraq 2872,50 manat əlavə dəyər vergisi gömrük borcu yarandığı qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMCnin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X6 gömrük borcunun məbləği barədə bildiriş verilsə də, lakin Şəxs MMC yaranmış gömrük ödənişlərini ödəməmiş, hərəkətsizlik göstərmiş və bununla da, Şəxs MMC tərəfindən **********4315 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin gömrük dəyərini düzgün bəyan etməyərək az miqdarda ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Hazırda iş materiallarında olan biri-digərini tamamlayan sübutlar, onların məhkəmə tədqiqi ilə protokolda göstərilən hallar sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsi və ona maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz etdiyini qeyd edib, izahatında bildirmişdir ki, **********315 sorğu nömrəli gömrük bəyannaməsi ilə Çin dövlətinin hüquqi şəxsi olan “FOSHAN YADENG MEDİCAL APPARATUS CO LTD” şirkəti ilə müəssisə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y0030420 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 13.520,00 ABŞ dolları məbləğində olan 26 ədəd stomatoloji avadanlığı ilə vahid əsas üzərində yerləşdirilmiş Dental Unt Xİ markalı bormaşınlar idxal olunmuşdur. Həmin mallar xx.xx.2020-ci il tarixli, 19/20 nömrəli təmsilçilik müqaviləsinə əsasən Şəxs MMC-yə xidmət göstərən “xxxx” MMC tərəfindən xx.xx.2020-cil tarixində gömrük orqanında rəsmiləşdirilmişdir. Sözügedən gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanının vəzifəli şəxsi idxal olunan malların gömrük dəyərini bu malların sövdələşmə (müqavilə) qiyməti ilə deyil, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 12.1.6-cı maddəsində təsbit olunan ehtiyat üsulu ilə müəyyənləşdirmişdir. Beləliklə də idxal edilən malların gömrük dəyərinin hesablaşma bazası 13.520,00 ABŞ dollarından deyil, ehtiyat üsulla müəyyən olunan, 17.615,00 ABŞ dollarının manata olan məzənnəsindən (17.615,00$ x 1,7= 29.945,50 manat) hesablanmışdır. Qeyd olunan ehtiyat üsulu nəticəsində aparılan hesablanma ilə əlaqədar olaraq idxal olunan 26 ədəd bormaşınlara görə müəssisəyə ümumilikdə 57.44,19 AZN məbləğində rüsum və vergi hesablanmış, 5433,39 manatını əlavə dəyər vergisi təşkil etmişdir. İdxal etdikləri malların gömrük dəyəri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən malların gömrük dəyərinin hesablanma bazasının sövdələşmə dəyərindən deyil, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1,6-cı maddəsinə əsasən ehtiyat üsulundan hesablandıqdan sonra müəyyən edilən məbləğ, yəni 5744,19 manat Şəxs MMC tərəfindən tam şəkildə ödənilmiş, bunun da 5433,39 manatı əlavə dəyər vergisi olmuşdur. Şəxs MMC tərəfindən idxal olunan mallara görə gömrük ödənişləri, o cümlədən ƏDV tam ödənildikdən sonra idxal olunmuş mallar sərbəst dövriyyəyə buraxılmış, lakin həmin malları gömrük orqanının ərazisindən çıxararkən bu mallar heç bir hüquqi əsas olmadan gömrük orqanının digər əməkdaşları tərəfindən saxlanılmışdır. Bunun səbəbini soruşduqda bildirilmişdir ki, ekspertiza tərəfindən idxal etdikləri malların xx.xx.2020-ci il tarixinə orta bazar qiyməti təxminən 26 dəst sökülü vəziyyətdə olan YD-Xİ Dentol Unit’’ markalı stomatoloji avadanlığı ilə vahid əsas üzərində yerləşdirilmiş bormaşınlar üçün ümumilikdə 65.000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu səbəbdən idxal olunan mallara görə əlavə olaraq 2872,50 manat məbləğində əlavə dəyər vergisi ödənilməlidir. Şəxs MMC tərəfindən bu tələbin əsassız və qanunsuz olduğunu bildirdikdə gömrük orqanının əməkdaşları artıq sərbəst dövriyyəyə buraxılmış malları gömrük orqanının inzibati binasının ərazisindən buraxmamışdır. Hazırda həmin hallar faktiki olaraq gömrük orqanının inzibati binasının ərazisindədir və faktiki olaraq həmin mallar tərəflərindən həmin ərazidən götürülməmişdir. Həmçinin bildirir ki, malın dəyərinin düzgün göstərilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibini yaratmır, həmin maddənin təsir dairəsini əhatə etmir və qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsinin (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) tərkibini yarada bilər. Göründüyü kimi təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə də Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsindən daxil olmuş 34/012/028281 saylı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, raportda Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından 94322492 nəqliyyat vasitəsində, Nİ2020713 nömrəli, xx.xx.2020 tarixli invoys sənədi ilə idxal edilmiş, “Stomotoloji avadanlığı ilə vahid əsas üzrətində yerləşdirilmiş bormaşınlar” adlı yükün, **********4315 saylı gömrük bəyannaməsinin 31-ci qrafasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014 tarixli, 100/143 sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyyələrinin təsdiqi haqqında Sərəncamı”nm, Qrafa 31. “Malların təsviri” (Eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü) haqqında bölmədə qeyd edilən, malın adı (ticari, kommersiya və ya digər ənənəvi), istehsalçı haqqında məlumat (belə məlumatlarlar olduqda), malın ticarət nişanı, markası, artikulu, sortu, standartı, modeli və digər texniki xüsusiyyətləri, malın miqdarı və tərkibi haqqında məlumatlar düzgün doldurulmamışdır, həmçinin X1 sisteminə “Dental Unit TJ2688-A1 Foshan Chair” markalı stomotoloji avadanlığın şəkilləri təqdim edilmişdir. Yük məmuru tərəfindən şəkillərin yüklə eynilik təşkil etmədiyi və marka modelin “YD-X1 Dental Unit” olduğu söylənmişdir. Belə olduğu halda yükün dəyərində şübhə yarandığı qeyd edilmişdir. 34/012/028281 nömrəli xx.xx.2020-ci il tarixli material üzrə malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ünvan 2 ünvanında qeydiyyatda Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından CMAU ******* nömrəli konteynerdə daxil olan və adı qeyd olunan MMC tərəfindən gömrük orqanına **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən Çin Xalq Respublikasında istehsal olunan 26 dəst yarım sökülü vəziyyətdə olan, “YD-X1 Dental Unit” markalı stomatoloji avadanlığı ilə vahid əsas üzərində yerləşdirilmiş bormaşınların dəyərinin müəyyən edilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim edilən malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində arayış verilməsi üçün tərəfimizdən 1400-013/0xx-xx/007736 saylı xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş və adı qeyd olunan mərkəzdən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışında tədqiqata təqdim edilmiş Çin Xalq Respublikasında istehsal olunmuş, 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin 1 ədədinin xx.xx.2020-ci il tarixə orta bazar qiymati təxminən 2500,00 manat, 26 ədədinin qiyməti isə 65000 manat müəyyən edildiyi qeyd edilmişdir. **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə “Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacağı, yarandığı təqdirdə əlavə ödəniləcək gömrük ödənişləri barədə Əməliyyat və X5 şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030844 nömrəli xx.xx.2020-ci il tarixli raportla müraciət olunmuş, alınmış cavab raportunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/4295 saylı xx.xx.2020-ci il tarixli ekspert arayışına əsasən 26 dəst "YD-X1 Dental Unit" markalı (X1 model aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kreslo dəstinin, cəmi orta bazar qiymətinin 65000 manat olduğu təqdirdə “Gömrük Tarifi” haqqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq **********4315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə olaraq 2872,50 manat əlavə dəyər vergisi gömrük borcu yarandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/4295 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş Çin Xalq Respublikasında istehsal olunmuş, 26 dəst “YD-X1 Dental Unit” markalı (X1 model aşağı aşağı komplektasiyalı) sökülü vəziyyətdə olan stomotoloji kresol dəstinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 2500,00 manat, 26 ədədinin qiyməti isə 65000,00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. "Şəxs” MMC-nin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli, 00100-2324/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin müəyyən faizi məbləğdə cərimə edilməsi qanuni və əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 2010,75 (iki min on manat, yetmiş beş qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar