Məhkəmə qərarları › İş №3(002)-2461/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2461/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2461/2020 07.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxs X4, Tərcüməçi - X1, Müdafiəçi - 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elbəyi Allahverdiyevin xx xxxx 2020-ci il tarixli qərarından və HK-1- 147 nömrəli rədd materialına əsasən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lökbatan-Qobu yolunda Şəxs etibarnamə əsasında idarə etdiyi «Kia Cerato» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X3 idarə etdiyi “Qaz 33021” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində “Qaz 33021” markalı, avtomaşının sürücüsü X8 və avtomobildə sərnişin qismində əyləşən X9 xəsarət almışdır. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(002)- 944/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli, 3(002)-1688/20 saylı, xx xxxxxx 2020-ci il tarixli, 3(002)-2039/20 saylı qərardları ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən dəfələrlə səlahiyyətli orqana geri qaytarılsa da, sonuncu dəfə mövcud çatışmazlıqılar aradan qaldırılaraq material səlahiyyətli orqan tərəfindən yenidən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o atası X2 məxsus “Kia Cerato” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir, 3 ilə yaxın müddətə sürücülük təcrübəsi olmaqla “ B ” dərəcəli sürücülük vəsiqəsi var və bu vaxta kimi yol-nəqliyyat hadisəsi törətməmişdir. xx.xx.2020-ci il tarixində Qobu qəsəbəsində yaşayan dostu gildən çıxıb, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla yaşadığı evə getmək üçün Lökbatan- Qobu yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində saatda təxminən 60-70 km sürətlə hərəkətdə olmuşdur. Saat təxminən 11:45 radələrində avtomaşınla Qobu Park yaşayış kompleksini keçib, sərt döngədə hərəkətdə olan zaman sürətlə hərəkətdə olduğu üçün dönmə əməliyyatını tam başa çatdıra bilməyib, əks istiqamətə çıxmış, bu zaman əks istiqamətdə hərəkətdə olan “Qaz 33021” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı yük avtomaşının qarşı sol hissəsi ilə idarə etdiyi avtomaşının qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomaşınlar zərbənin təsirindən yolun sağ torpaq hissəsinə doğru hərəkətlənərək dayanmışdır. Hadisə nəticəsində Qazel markalı avtomaşının sürücüsü və avtomaşında olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişdir. Orada sürücü sonradan adını bildiyi X5 ilkin tibbi yardım göstəridikdən sonra təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparılmışdır. Sonda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə müraciət edərək inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, o, etibarnamə əsasında idarə etdiyi qardaşı X6 məxsus “Qaz 33021” markalı,** RC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yüklərin daşınması ilə məşğul olur. xx.xx.2020-ci il tarixində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla X11la birlikdə Qobu Park yaşayış kompleksindən yük götürmək məqsədilə Lökbatan qəsəbəsindən çıxıb Lökbatan-Qobu yolu ilə üzü Qobu Park yaşayış kompleksi istiqamətində saatda təxminən 30-40 km sürətlə hərəkətdə olmuşdur. X11 avtomaşında ön sağ oturacaqda əyləşmişdir. Saat təxminən 11:45 radələrində avtomaşınla Qobu Park yaşayış kompleksinə çatmamış əks istiqamətdə sərt döngədən hərəkətdə olan “Kia Cerato” markalı avtomaşının döngədən onun yoluna çıxaraq sürətlə hərəkət etdiyini görüb, əyləci basıb, avtomaşını nisbətən sağ tərəfə çəkmişdir. Lakin həmin avtomaşın sürətlə hərəkətdə olduğu üçün baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Bu səbəbdən onun yolunda “Kia Cerato” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı sağ hissəsi ilə idarə etdiyi yük avtomaşının qarşı sol hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomaşınlar zərbənin təsirindən yolun sağ torpaq hissəsinə doğru hərəkətlənərək dayanmışdır. Hadisə nəticəsində sol çiyin və sol qolundan xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişdir. Orada ilkin tibbi yardım göstəridikdən sonra təcili tibbi yardım avtomaşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmış, təkrar müayinə olunduqdan sonra çiyin nahiyyəsinin əzilməsi bildirilmiş və öz istəyi ilə evə buraxılmışdır. Zərərçəkmiş şəxs sonda barəsində inzibati icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmadığı bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirdi ki, özünə məxsus “Qaz 33021” markalı,** RC *** dövlət qeydiyyat nişanlı yük avtomobili var, lakin sürücülük vəsiqəsi olmadığı üçün həmin avtomaşını qardaşı X8 idarə edir. xx.xx.2020-ci il tarixində qardaşı Elnur Səmədovun idarə etdiyi avtomaşınla Qobu Park yaşayış kompleksindən yük götürmək məqsədilə Lökbatan qəsəbəsindən çıxıb Lökbatan-Qobu yolu ilə üzü Qobu Park yaşayış kompleksi istiqamətində saatda təxminən 30-40 km sürətlə hərəkətdə olmuşdurlar. O, avtomaşında ön sağ oturacaqda əyləşmişdir. Saat təxminən 11:45 radələrində avtomaşınla Qobu Park yaşayış kompleksinə çatmamış əks istiqamətdə sərt döngədən hərəkətdə olan “Kia Cerato” markalı avtomaşının döngədən onların yoluna çıxaraq sürətlə hərəkət etdiyini görmüş, qardaşı Elnur Səmədov əyləci basıb, avtomaşını nisbətən sağ tərəfə çəksə də, həmin avtomaşın sürətlə hərəkətdə olduğu üçün baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Bu zaman “Kia Cerato” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı sağ hissəsi ilə əyləşdiyi yük avtomaşının qarşı sol hissəsi arasında toqquşma baş vermiş, toqquşmadan sonra avtomaşınlar zərbənin təsirindən yolun sağ torpaq hissəsinə doğru hərəkətlənərək dayanmışdır. Hadisə nəticəsində qardaşı Elnur Səmədov sol çiyin və sol qolundan, özü isə hər iki diz və bel nahiyyələrindən xəsarə talmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişdir. Orada ona və qardaşı Elnur Səmədova ilkin tibbi yardım göstəridikdən sonra Elnur Səmədov təcili tibbi yardım avtomaşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmış, özü isə ciddi bir xəsarət almadığı üçün xəstəxanaya müraciət etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs sonda barəsində inzibati icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmadığı bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 452 nömrəli ekspert rəyindən görünür ki, A.M.Səmədovda sol kürək nahiyyəsinin qançırı, sağ diz oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan budun dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 450 nömrəli ekspert rəyindən görünür ki, E.M.Səmədovda boyunun qançırı, boyun əzələlərinin gərilməsi, sol bazu oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin dərialtı hematoması və sağ baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. xx.xx.2020-ci il tarixdə verilmiş AC 579706 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli, 2/9935 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-si vasitəsi ilə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxslər X8 və X4 məhkəməyə təqdim etdikləri xx xxxxxx 2020-ci il tarixli ərizələrindən görünür ki, Şəxs ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmiş və N.A. Yunusova qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020ci il tarixli 450 və xx.xx.2020-ci il tarixli 452 nömrəli ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər, Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elibəyi Allahverdiyev tərəfindən Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə xx xxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək sonuncunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmiş, Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə Şəxs barəsində müvafiq protokol tərtib edilərək, xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və sözü gedən material çatışmazlıqların aradan qaldırılması üçün məhkəmənin xx xxxxxx 2020ci il tarixli, 3(002)-944/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli, 3(002)-1688/20 saylı, xx xxxxxx 2020-ci il tarixli, 3(002)-2039/20 saylı qərardları ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən dəfələrlə səlahiyyətli orqana geri qaytarılsa da, sonuncu dəfə mövcud çatışmazlıqılar aradan qaldırılaraq material səlahiyyətli orqan tərəfindən yenidən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yunisov Əlişəfa Əlövsət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, barəsində qəbul olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın tarixindən 03 (üç) aydan artıq müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar