Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2468/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 27 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci ildə axşam saat 21:19 radələrində ünvan 1 ünvanında “Toyota Land-Cruiser-Prado” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 30 manat məbləğində cərimə inzibati cərimə tənbeh tədbiri edilmişdir. Yol polisi əməkdaşı ona maşının bir tərəfinin işıq cihazının zəif yandığını və düzgün işləmədiyini bildirərək, bu vəziyyəti aradan qaldırmadığı təqdirdə barəsində cərimə tətbiq olunacağını bildirmişdir. E.H.Quliyev əli ilə avtomobilin işıq cihazına toxunanda işıq cihazı yanmağa başlamış və onunla polis əməkdaşı arasında mübahisə yaranmışdır. Daha sonra telefonuna barəsində inzibati cərimə tətbiq olunması barədə bildiriş gəlmişdir. Protokol və ona dair qəbul edilmiş qərardan narazıdır. Göstərilənlərə əsasən 27 noyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və protokola əsasən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır. Çünki yol polisi əməkdaşı onu qərəzli olaraq dayandırmış və işıq cihazının yanmamasını bəhanə edərək ona inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmədən 27 noyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və protokola əsasən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin verdiyi suallara cavab olaraq X2 bildirmişdir ki, onun avtomobili 2006-cı il istehsalı olduğu üçün dövlət yol polisinin əməkdaşı tərəfindən ona saxlama əmri verildiyində, idarə etdiyi nəqliyyat vasitəsinin faralarından biri yanmamış, lakin o, həmin faraya əli ilə toxunduqdan sonra bərpa olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, nəqliyyat vasitəsi texniki baxışdan təxminən 2 ay öncə keçirilmiş və maşının hər bir detalı saz vəziyyətdədir. Nəqliyyat vasitəsi texniki baxışdan keçirilərkən işıq cihazında hər hansı nasazlıq olması barədə ona məlumat verilməmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 xx.xx.2023-ci ildə axşam saat 21:19 radələrində ünvan 2 ünvanında “Toyota Land-Cruiser-Prado” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan AsanPay ödəniş portalının çıxarışından görünür ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 27 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə E.H.Quliyevin barəsində tətbiq edilmiş inzibati cərimə artıq ödənilmişdir. Beləliklə, E.H.Quliyevin şikayətinin dəlillərini işdə olan sübutlar və məhkəmə iclasında verilmiş izahatlar ilə qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi E.H.Quliyev məhkəmə iclasında izahat verərkən qeyd etmişdir ki, xx.xx.2023-ci ildə axşam saat 21:19 radələrində ünvan 3 ünvanında “Toyota Land- Cruiser-Prado” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən dövlət yol polisinin əməkdaşı tərəfindən ona dayanma əmri verildiyində nəqliyyat vasitəsinin faralarından birinin sönmüş vəziyyətdə olmuşdur. Bundan əlavə, məhkəmə E.H.Quliyev tərəfindən inzibati cərimənin ödənilməsinə dair AsanPay ödəniş portalından əldə olunmuş məlumatla da onun bir növ inzibati xətanı törətməsini etiraf etməsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən istifadə etməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları qanuna müvafiq qaydada yandırılmalıdır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən 30 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin 1ci bəndinə əsasən Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Həmin Qanunun 73-cü maddəsinin 3-cü bəndinə əsasən Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında fənərlər; 2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində - qabarit işıqları. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 27 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 27 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2468/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2468/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver