Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2473/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Ağcabədi rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Laçın rayonu, Çorman kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2023-ci il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü km dairəsi adlana ərazidə idarə etdiyi “Vaz 21901” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mercedes Benz E220” markalı, ** ER *** nömrə nişanlı və “Mercedes Benz 240” markalı, ** VO *** nömrə nişanlı avtomobillərlə toqquşmuş və nəticədə həmin avtomobildə olan sərnişinlər X4 və X5 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar Qaradağ rayon Polis İdarəsinin Dövlət X10 polis baş leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında əməlini etiraf edərək peşman olduğunu bildirmiş və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində cərimə cəzası verilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib edən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Qaradağ rayon şöbəsindən təqdim edilmiş ekspert rəylərindən görünür ki, X1 və X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətləri bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2023-cü il tarixdə törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın izahatını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sübutları Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın törətdiyi inzibati xəta İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görədə o, bu maddənin sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxsnın ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını müəyyən edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona inzibati cərimə tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2473/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2473/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver