Məhkəmə qərarları › İş №3(002)-2474/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2474/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2474/2023 01.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs MMC-yə “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişin və həmin göstərişin göndərilməsinə dair xəbərnamənin surəti əlavə edilsə də məhkəmə bu prossesual hərəkətin formal həyata keçirildiyi qənaətinə gəlir; birincisi həmin göstərişin göndərilən orqan tərəfindən müvafiq qaydada imzalanmadığı, o cümlədən kargüzarlıq haqqında təlimatın tələblərinə uyğun müvafiq qeydiyyatdan keçmədiyi, ikincisi həmin göstərişin “Reqion Ekspress” adlı poçt xidməti tərəfindən kuryer vasitəsilə çatdırıldığı və alan şəxs tərəfindən imtina edildiyi, üçüncüsü qeyd olunan göstərişin Şəxs MMC-nin rəsmi qeydiyyat ünvanına deyil “Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu” kimi qeyd edilmiş qeyri-müəyyən ünvana ünvanlandığı müəyyən edilmişdir. Bundan başqa Şəxs MMC-yə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 11-3-1- 1/2-4297/23 saylı məktubun surəti iş materiallarına əlavə edilsə də həmin məktubun da istər rəsmi qaydada göndərilməsi, istərsə də Şəxs MMC tərəfindən alınmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 27 noybar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqanın səlahiyyətli nümayəndəsinin izahat verməkdən və protokolun surətini almaqdan imtina etdiyi qeyd edilsə də həmin orqana barəsində inzibati araşdırma aparılmasının yeri və vaxtı barədə rəsmi hər hansı bir bildiriş və ya məktubun göndərilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri reklam İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri reklam İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar