Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2475/2023 01.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1878/2023 saylı, 29 avqust 2023-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 65.700 altmış beş min yeddi yüz manat, cavabdeh X2 3.000 üç min pul və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 337.10 manat məbləğin 287.10 iki yüz səksən yeddi manat on qəpik hissəsi Şəxs, 50 əlli manat hissəsi Dilarə Fərzəliyevadan alınıb X6 xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 04 sentyabr 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən indiyədək borcundan hər hansı bir ödəniş edilməmişdir. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 01 dekabr 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında göstərmişdir ki, pensiya düzəltmək məqsədilə Şəxs onu aldadaraq ondan müxtəlif vaxtlarda ümumilikdə 65700 manat pul almış, lakin həmin pulu ona geri qaytarmamışdır. Hansı ki, qeyd olunan pulları o başqa-başqa şəxslərdən alaraq Nəcibəyə vermiş və hal-hazırda pul sahibləri pulun qaytarılmasını ondan ciddi şəkildə tələb edirlər. Odur ki, məhkəmədən borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, o həmin pulları poçt vasitəsilə qəbul edib X3 və Elman adlı şəxsə vermişdir. Bundan başqa o barəsində çıxarılmış Ağdam rayon Məhkəməsinin 2(013)- 1878/2023 saylı, 29 avqust 2023-ci il tarixli qətnaməsi ilə razılaşmadığını, bu səbəbdən də həmin qərardan apellyasiya şikayəti verdiyini bildirmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mülki iş hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmaqla 01 dekabr 2023-cü il tarixə, saat 14:20-yə təyin edilmişdir. Borclunun məhkəməyə təqdim etdiyi Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(104)-2627/2023 saylı məhkəmə bildirişindən aydın olur ki, yuxarıda qeyd olunan mülki iş üzrə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclası 01 dekabr 2023-cü il tarixə, saat 14:20-yə təyin olunmuşdur. Göründüyü kimi qeyd olunan mülki iş hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmaqla məhkəmə baxışı mərhələsindədir. Bu da qeyd olunan qətnamənin qanuni qüvvəyə minmədiyini göstərir. Belə olan halda həmin iş üzrə icraat tədbirlərinin həyata keçirilməsi məqsədəmüvafiq sayıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2475/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2475/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver