Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2477/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və vəkili Vəkil iştirakları ilə iştirakları ilə, xx.xx.1992-ci ildə Qobustan rayonu Göydərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, evli, orta təhsilli, Qobustan rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 04 dekabr 2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 2-ci dairəvi yol ünvanında inşa etdiyi qanunsuz tikilinin sökülməsinə maneçilik yaradaraq İcra Hakimiyyəti orqanlarının əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi barədə MN seriyalı ******* saylı, 05 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, inşa etdiyi qanunsuz tikilinin sökülməsinə maneçilik yaradaraq Qaradağ rayon İcra Hakimiyyəti əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək xuliqanlıq etməsi faktı ilə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış və 05 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material ona verilmiş və o, sonuncu barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim etmişdir.Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində əsas yolun kənarında özünə məxsus obyekt olaraq istifadə etdiyi qeyri yaşayış sahəsi mövcuddur.05 dekabr 2023-cü il tarixdə icra hakimiyyəti nümayəndələri ona məxsus tikili olan əraziyə gəlmiş tikilinin qanunsuz olduğunu bildirərək sökməyə başlamışlar.O, həmin şəxslərdən tikilini özünün səliqəli şəkildə sökməsini xahiş etmiş, lakin həmin nümayəndələr bununla razılaşmıyanda ekskavatorun qarşısına keçmişdir.Bundan sonra onlar bununla bağlı polisə müraciət etmiş və əraziyə polis gələrək onu polis bölməsinə aparmışdır.Tikilinin sökülməsi ilə bağlı nümayəndələrə maneçilik törətsə də onlara qarşı heç bir nəlayiq ifadələr işlətməmişdir.Qeyd ediənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xəta olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərəkAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi barədə izahat versə də , məhkəmə onun izahatına tənqidi yanaşaraq, özünü müdafiə məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs ilk dəfə inzibati xəta törətməsi, məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq bu hərəkəti davam etdirməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, eləcə də məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən, saat 17.00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2477/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2477/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver