Məhkəmə qərarları › İş №3(002)-2482/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2482/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2482/2024 09.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X10 Wilhelm müdafiəçisi Vəkil iştirakları ilə, Şikayət vermiş şəxs X10 Wilhelm və onun müdafiəçisi Vəkilnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 Wilhelmin və onun müdafiəçisi Vəkil şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, X10 Wilhelm, vətəndaşlar X2, X3 və X4 08 may 2024-cü il tarixdən lazımi tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 Wilhelmin müdafiəçisi Vəkil öz izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN №1292190 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" ASC-nin baş icraçı direktoru X10 Wilhelm Azərbaycan Respublikası İXM-nin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərar poçt vasitəsilə "xxxx" ASC-yə 29 iyul 2024-cü il tarixdə çatdırılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və asassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Halbuki, "xxxx" ASC ölkənin ən böyük şirkətlərindən biri olaraq həmişə qanunvericiliyin tələblərinə və öz işgüzar nüfuzuna xüsusi diqqətlə yanaşmaqdadır. Qeyd edək ki, Qarabağ və X9 rayonlarında aparılan tikinti və quruculuq işləri ilə əlaqədar “Cengiz İnşaat Sanayi Ve Ticaret A.Ş. Azərbaycan Filialı» vǝ “Kalyon İnşaat Azərbaycan şirkəti "xxxx" ASC-dən sement sifariş etmişlər. Lakin "xxxx" ASC daşıma ilə məşğul olmadığından, mallarını daşıma şirkətlərinin vasitəsi ilə (rəsmi müqavilə bağlamaqla) müştərilərinə çatdırır. Həmin regiona da "xxxx" ASC "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə bağlayaraq sementləri “Cengiz İnşaat Sanayi Ve Ticaret A.Ş. Azərbaycan Filiali vǝ Kalyon İnşaat Azərbaycan şirkəti”nə göndərmişdir. "xxxx" MMC və "xxxx" MMC ilə əlaqə saxladıqda müəyyən edilmişdir ki, mübahisəli qərarda göstərilən X6 və X7 "xxxx" MMC-nin, X8 isə "xxxx" MMC-nin işçiləridir. Norm ASC və onun vəzifəli şəxsi daşıma şirkətinə görə məsuliyyət daşımır və daşıya da bilməz. Qarabağa getmək üçün icazənin alınma prosesi "xxxx" ASC tərəfindən deyil, birbaşa daşımanı həyata keçirən şirkətlər tərəfindən icra edilir. Odur ki, X6, X7 və X1 ümumiyyətlə "xxxx" ASC ilə heç bir əlaqəsi olmadığından "xxxx" ASC-nin baş icraçı direktorunun onlarla əmək müqaviləsi bağlamadığına görə inzibati məsuliyyətə cəlb edilməsi kobud qanun pozuntusudur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bütün bu halların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və qeyd olunan inzibati materialla əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin müdafiəçsinin izahatını dinləyərək hesab edir ki, X10 Wilhelm barəsində qəbul edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayət vermiş şəxs X10 Wilhelmin müdafiəçisi Vəkil məhkəmə iclasının gedişində təqdim etdiyi "xxxx" ASC-nin müvafiq olaraq 18 mart 2024-cü il tarixdə "xxxx" MMC, 01 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC və 26 aprel 2022-ci il tarixdə "xxxx" MMC ilə bağladığı yüklərin daşınmasına dair xidmət müqavilələrdən və həmin müqavilələrə əlavə edilmiş “Yüklərin daşınmasına dair” əlavələrdən aydın olur ki, daşıyıcı şirkətlər ("xxxx" MMC, "xxxx" MMC və Muradoğlu Transport” MMC), sifarişçinin ("xxxx" ASC-nin) tapşırığına əsasən müəyyən edilmiş yüklərin daşınmasına və şərtləşdirilmiş müddətdə yük alana təhvil verilməsinə dair xidməti icra etməyi öhdəsinə götürürlər. Sifarişçi isə icra edilmiş xidməti qəbul etməyi və dəyərinin daşıyıcıya ödənilməsini öhdəsinə götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X10 Wilhelmnin əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də məhkəmə hesab edir ki, 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXMnin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-in 105 və 134cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Wilhelmin və onun müdafiəçisi Vəkil şikayəti təmin edilsin. X10 Wilhelmin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar