Məhkəmə qərarları › İş №3(002)-2485/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2485/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2485/2023 06.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 18 avqust 1996-cı ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, halhazırda Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X5 protoklu müdafiə edərək bildirmişdir ki, 27 noyabr 2023-cü il tarixində icraatına 38-ci PB-nın təhqiqatçısı, polis mayoru Fariz İldırımovun raportu daxil olmuş, daxil olmuş raportda vətəndaş Şəxs barəsində aparılmış araşdırma zamanı İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunmuşdur. Belə ki, araşdırma zamanı Şəxs narkotik vasitə istehlak etməsi faktı müəyyən edilmiş və Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis mayoru X4 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs İXM-nin 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunması və ərazi aidiyyatı üzrə dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Buna görə də Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən 06 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Bak şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin istifadəsinə şübhəli olduğunu bildirmişlər. O qaçmağa cəhd göstərsə də polis əməkdaşları onu yaxalayaraq 38-ci PB-ya gətimişlər. O öz izahatında daha sonra narkotik vasitə sayılan marixuananı təxminən 10 gün qabaq qəbul etdiyini, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 23 noyabr 2023-cü il tarixli, 7669 nömrəli rəyindən aydın olur ki, Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 1(002)-135/2023 saylı, 15 mart 2023-cü il tarixli hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nın 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun hal-hazırda CM-nın 234.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyini, onun islah olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən saat 15:10-dan hesablansın.

3. Şəxs narkomaniyadan mərburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar