Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2485/2024 04.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs "xxxx" ASC-nin direktoru Khalid Samakanın nümayəndəsi və vəkili Nümayəndə , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" ASC-nin direktoru Khalid Samakanın nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" ASC-nin direktoru Khalid Samakanın nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli nzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İznibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Holcim (Azərbaycan) ASC-nin X9 Samakamn 3000 manat cərimə ediməsi barədə 30 iyul 2024-cü il tarixli MN 18077810 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın əsası X7, X3 və X4 şirkətlə əmək münasiətlərində olması və bu əmək müqavilələri qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edilməsi olmuşdur.Qeyd edilən inzibati qərar tamamilə əsassızdır, ona görə də Holcim (Azərbaycan) ASC-nin Baş Direktorunu Khalid Samaka barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir.Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda dövlət və özəl müəssisələr tərəfindən geniş tikinti və bərpa işlərinə başlanıldı.Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli, 1453 saylı sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətin canlanmasının, nəqliyyat-logistika imkanlarından istifadənin və regional iqtisaditicarət əlaqələrinin genişləndirilməsinin təmin edilməsi məqsədilə Cəbrayıl rayonu ərazisində "X13 Zonası" Sənaye Parkı yaradılmışdır Azərbaycan Respublikası Prezidenti işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında 10 dekabr 2021-ci il tarixli, 3037 saylı sərəncam imzalamışdır. Həmin sərəncamların icrası istiqamətində işğaldan azad edilən ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu çərçivədə, ölkənin aparıcı sement istehsalçılarından biri olan Holcim (Azərbaycan) ASC də İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yaxından iştirak etməyə başlamışdır. Şirkət 14 mart 2023-cü i tarixindən etibarən “X13 Zonası” Sənaye Parkının rezidentidir və hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən strateji tikinti və bərpa layihələrinin sement məhsuluna olan tələbatının operativ şəkildə qarşılanması istiqamətində işlər görür. Bu məqsədlə, şirkət Cəbrayıl rayonunun, Soltanlı kəndində terminalın ve beton zavodun inşasına başlamışdır Həmin ərazidə fəaliyyət göstərmək üçün bizimlə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin iqtisadi Zonaların inkişafı Agentliyi arasında icarə müqaviləsi bağlanmışdır.Həmin layihədə lazımı avadanlıqların alınması və quraşdırma işlərinin icra edilməsi üçün "xxxx" MMC ilə bizim aramızda AZEj3oods_AZ-0894-2024 saylı, xx.xx.2024-cü il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən "AviomatikaAZ” MMC Cəbrayıl rayonu ərazisində Holcim (Azərbaycan) ASC~yə məxsus sement terminalında quraşdırılacaq 120 m3 istehsalat gücündə olan dəmir konstruksiyalı beton zavodunu və ona aid avadanlıqları şirkətimizə satmağı, çatdırılmasını, quraşdırılmasmı və tam işlək vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. “AvtomatikaAZ" MMC öz növbəsində işlərin bir hissəsini icra etmək üçün subpodratçı qismində "xxxx" MMC İlə müqavilə bağlamışdır .Həmin ərazidə işlərin icrası üçün işçilərə Daxili işlər Nazirliyinin icazə portalından icazə alınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların inkişafı Agentliyinin tələbi ilə təhlükəsizlik tələblərinə əməl etmək üçün həmin əraziyə daxil olmağa görə üçüncü şirkətin işçilərinə icazənin verilməsi üçün ərazidə rezident olan şəxs tərəfindən, hazırkı vəziyyətdə Holcim (Azərbaycan) ASC tərəfimizdən müraciət edilməlidir. Sub-podratçımız olan "xxxx" MMC müqavilə üzrə işləri icra etmək üçün öz işçilərinin Cəbrayıl rayonu ərazisində X13 Zonasına göndərilməsinə icazə alınması üçün Holcim (Azərbaycan) ASC-yə müraciət etmişdir. Şirkət həmin şəxslərin əmək müqaviləsi bildirişlərini də təqdim etmişdir. Şirkətimiz həmin şəxsiər üçün icazə alınması məqsədilə İqtisadi Zonaların inkişafı Agentliyinə müraciət etmişdir (emailin surəti ərizəyə əlavə edilir) və həmin işçilərə icazə verilərək informasiya portalına daxil edilmişlər.işin hallarında qeyd edildiyi kimi "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” icazəsi alınmış şəxslər - X7, X3 və X1 vadisi iqtisadi zonası sənaye parkında şirkətimizə məxsus teminalın tikintisi ilə bağlı subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşları olmuşlar. Əmək müfəttişliyi icazə portalında həmin şəxslərə icazənin bizim tərəfimizdən alındığını görərək onlarla bizim aramızdaəmək münasibətinin olduğu, lakin əmək müqaviləsinin bağlanmadığı qənaətinə gəlmiş və inzibati protokol tərtib etmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.İnzibati xəta haqqında protokolda qeyd edilmiş şəxslər - X7, X3 və X11 "xxxx" MMC-nin əməkdaşları olmuşlar. Həmin şirkətin verdiyi məktubdan da görünür ki, qeyd edilən şəxslər Holcim (Azərbaycan) ASC-nin podratçısı Avtomatika AZ MMC-nin sifarişinə əsasən iş görülən sahəyə göndərilmişlər. Onlar üçün icazəni də agentliyin tələbinə əsasən Holcim (Azərbaycan) ASC almışdır, çünki həmin ərazinin rezidenti kimi icazəni yalnız Holcim (Azərbaycan) ASC ala bilər. Həmin şəxslərlə Holcim (Azərbaycan) ASC arasında heç bir əmək münasibəti olmamışdır, icazənin Holcim (Azərbaycan) ASC tərəfindən alınması və icazə portalına daxil edilməsi onlarla Holcim (Azərbaycan) ASC arasında əmək münasibətinin olduğunu göstərmir. Həmin işçilərlə əmək münasibətləri, əmək müqaviləsinin müddəti, uzadılması, dəyişdirilməsi və sair digər münasibətlər Turaz Makina MMC-nin məsuliyyətidir. Holcim (Azərbaycan) ASC ilə əmək münasibətinin olmadığı halda həmin işçilərlə əmək müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Maraqlıdır ki, dövlətin bir qurumu həmin əraziyə daxil olmaq üçün podratçı və sub-podratçı şirkətin işçilərinə icazənin bizim tərəfimizdən alınmasını tələb edir, digər qurumu isə həmin şəxslərə icazənin alınmasını əmək münasibəti kimi qiymətləndirərək buna görə bizə inzibati xəta haqqında protokol tərtib edir. X6 Xidməti Holcim (Azərbaycan) ASC-yə göndərdiyi məktublarda 2024-cü ilin 22 may, 12 iyun, 25 iyun və 17 iyul tarixli məktublarında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində iş icazəsi aldığımız şəxslərlə əmək müqaviləsi bağlamımadığını bildirmiş, lakin həmin şəxslərin konkret adlarını qeyd etməmişdir. Bundan başqa müfəttişliyin bizi xx.xx.2024-cü il tarixində görüşə dəvət etdiyi məktub şirkətə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Təbii ki, 25 iyunda xəbər tutduqları haida 24 iyuna təyin edilmiş iclasda iştirak etmələri mümkün olmamışdır. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolda da göstərilmişdir ki. Şəxs tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş" informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar ilə təsdiq edilmişdir.Qanunvericiliyin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə real vaxt rejimində elektron protokol tərtib olunur.Qeyd olunan hüquqi mövqe hazırki işin müəyyən olunmuş faktiki balları ilə uzlaşdırıldıqda müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar vasitəsilə aşkar edilsə də, qanunun tələbinə zidd olaraq cəmiyyət barəsində real vaxt rejimində elektron protokol tərtib olunmamışdır.Eyni əsaslar üzrə hüquqi şəxs olaraq Holcim (Azərbaycan) ASC barəsində tərtib edilmiş 16,07.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta barədə işə xitam verilməsi barədə Qaradağ rayon məhkəməsi tərəfindən 30 iyul 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Nəzərə aisaq ki, barəsində inzibati xəta barədə icraat başlanılmış şəxslər formal olaraq ayrı ayrı şəxslər olsa da eyni əsaslar üzrə barələrində inzibati xəta iş üzrə iş başlanıldığından Qaradağ rayon məhkəməsinin qərarı da nəzərə alınaraq Khalid Samaka barədə inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta işi üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında "xxxx" ASC-nin direktoru Khalid Samakanın nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli qərarını müdafiə edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ƏƏSMN yanında X6 Xidməti tərəfindən qəbul olunmuş MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli nzibati xəta haqqında qərarda qeyd olunmuş inzibati xətanın “Holcim (Azərbaycan)” ASC-nin direktoru Khalid Samaka tərəfindən törədilməsi sübuta yetirilmir. Belə ki, iş materiallarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC-nin direktoru Khalid Samaka əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X7, X10, X11 xx.xx.2024-cü il tarixinədən xx.xx.2024-cü il tarixədək əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xidmətlərin göstərilməsi haqqında 011122 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmışdır. İş materiallarında olan əmək müqavilələrindən görünür ki, X7, X10, X4 əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olaraq göstərilmişdir. Həmçinin həmin tarixlərdən onlar subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşlarıdır. İş materiallarından aydın olur ki, X6 Xidmətinin hüquqi şəxsə ünvanladığı 2024-cü ilin 22 may, 12 iyun, 25 iyun və 17 iyul tarixli məktublarında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində iş icazəsi alınmış şəxslərlə əmək müqaviləsi bağlanılmadığını bildirmiş, lakin həmin şəxslərin konkret adlarını qeyd etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, işçi X7, X3, X11 barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC ilə əmək münasibətində deyildir. Belə ki, bu şəxslər subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşlarıdır. Bundan əlavə X6 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 qeyd etdiyi üzrə adı çəkilən işçilərin hüquqi şəxs tərəfindən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İnzibati orqanın nümayəndəsi qeyd olunan işçilərin “Holcim (Azərbaycan)” ASC tərəfindən müvafiq işlərin görülməsinə cəlb edildiyini qeyd etsə də məhkəməyə təqdim etdiyi icazə verilən şəxs və nəqliyyat vasitələrin siyahısında onların xx.xx.02024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cəbrayıl rayonuna daxil olmaları barədə müraciət "xxxx" MMC tərəfindən edildiyi əks olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati orqan tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd etdiyi inzibati xətanın baş verməsini təsdiq edəcək hər hansı fakt təqdim edə bilmədiyindən vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında qərar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ““Holcim (Azərbaycan)” ASC-nin direktoru Khalid Samaka tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktoru Khalid Samakanın barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarı ləğv edilməli və Khalid Samaka barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 53, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: "xxxx" ASC-nin direktoru Khalid Samakanın nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, 18077810 saylı, 30 iyul 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarı ləğv edilsin və Khalid Samaka barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2485/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2485/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver