Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2486/2020 10.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Surət Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi tərəfindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 04:25 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 24 saat marketdə qəsəbə sakinləri ilə birlikdə qumar oyununda iştirak etmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan fiziki şəxs, onun dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmək üçün dəvət olunmuş vəkil, səlahiyyətli orqan və Bakı şəhər, Qaradağ rayon prokurorluğu məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati icraat aparılan fiziki şəxs məhkəmə iclasına gəlməmiş, onun dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmək üçün dəvət olunmuş vəkilin, səlahiyyətli orqanın və Bakı şəhər, Qaradağ rayon prokurorluğunun isə nümayəndələrinin iştirakı məhkəmə iclasında təmin etməmiş və məhkəmə iclasına gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, onun dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmək üçün dəvət olunmuş vəkilin səlahiyyətli orqanın və Bakı şəhər, Qaradağ rayon prokurorluğunun nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63 və 66-cı maddələrin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinin tələblərinə görə İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir; 63.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2-ci maddəsinə əsasən Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar; 63.3-cü maddəsinə əsasən Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir; 63.4-cü maddəsinə əsasən Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir; 63.5-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6-cı maddəsinə əsasən On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir; 86-ci maddəsinə əsasən İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.1 -ci maddəsinə əsasən gətirilmə; 86.1.2-ci maddəsinə əsasən. inzibati qaydada tutma; 86.1.3-ci maddəsinə əsasən. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 86.1.4 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış; 86.1.5-ci maddəsinə əsasən əşyaları və sənədləri götürmə; 86.1.6 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 86.1.7-ci maddəsinə əsasən sərxoşluq vəziyyətini müayinə etmə; 86.1.8 -ci maddəsinə əsasən nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. 99.4-ci maddəsinə əsasən İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1- ci maddəsinə əsasən bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2- ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3- ci maddəsinə əsasən. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 04.25də Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X1 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində protokol tərtib edilərkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən kobud yalnışlığa yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən aydın olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şəxs barəsində iş üzrə icraat başanılarkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən iştirakı məcburi olmasına baxmayaraq sonuncunun qanuni nümayəndəsinin və vəkilin iştirakı təmin edilməmiş və nəticədə sonuncunun hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayanların barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63, 66, 86, 99-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və sonuncu barəsində tutma haqqında protokol tərtib olunarkən qanuni nümayəndəsinin və vəkilin iştirakı məcburi olmasına baxmayaraq səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qanuni nümayəndənin və vəkilin iştirakı təmin edilməyərək sonuncunun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-si maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-2486/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2486/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver