Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2486/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-7585/2016 saylı, 21 noyabr 2016-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)- 7585/2016 saylı, 21 noyabr 2016-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 29 yanvar 2013-cü il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutulub 29 yanvar 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 ödənilməsi, cavabdeh Şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq 29 yanvar 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əlavə olaraq 150 manat məbləğində alimentin tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 10 yanvar 2017-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan sonuncu dəfə bu gün, yəni 20 avqust 2024-cü il tarixdə 1500 manat ödəniş etməklə ümumilikdə 1707 manat ödəniş etmiş, bu günə 37118 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclası başlamamışdan əvvəl tələbkar X2 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs razılaşmışlar, belə ki, borclu tələbkara hər ay aliment borcundan 150 manat ödəyəcəyinə söz vermiş, tələbkar da bunu qəbul etmişdir. Lakin aliment borcu kifayət qədər çox olduğundan borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 20 avqust 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasınının gedişində tələbkar X2 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar öz izahatında göstərmişdir ki, oğlu Davud Məmmədcanov onun himayəsində olmaqla İ qrup əlildir. Bu günədək borcludan aliment borcunu ödəməsini tələb etməmişdir, lakin oğlunun bu yaxınlarda əməliyyat olunmağa ehtiyacı olduğundan borcludan aliment borcundan müəyyən məbləğdə ödəniş etməsini xahiş etmişdir. O öz izahatında daha sonra borclu Şəxs ilə razılığa gəldiklərini, borclunun ona bu gün aliment borcundan 1500 manat ödəniş etdiyini, hər növbəti aydan isə 150 manat ödəniş edəcəyini öhdəsinə götürdüyünü bildirərək Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Əvvəllər hərbçi olmuş, aliment borcu da aylıq maaşına yönəldilmişdir. 2017-ci ilin avqust ayından işdən çıxmışdır. Daha sonra rəsmi iş yeri olmadığından aliment borcu da maaşına və ya hər hansı gəlirinə yönəldilə bilməmiş, tələbkar əvvəllər aliment borcunu tələb etməmiş və nəticədə bu günə 37118 manat aliment borcu yığılmışdır, lakin hal-hazırda tələbkarla aralarında müvafiq razılığa gəlmişlər, belə ki, məhkəmə iclasından qabaq tələbkarın bank hesabına 1500 manat ödəniş etmiş, qalan borcundan isə hər ayın 150 manat ödəniş edəcəyini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra hal-hazırda heç bir yerdə işləmədiyini və hər hansı bir gəlirə malik olmadığını, eləcə də icra məmurunun çağırışlarına vaxtında gəldiyini qeyd etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə bu gün 1500 manat ödəniş etdiyini, qalan borcunu da hər ay 150 manat olmaqla ödəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclası gedişində tərəflər arasında aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar X2 ilə mobil telefonla əlaqə saxlanılarkən tələbkar məhkəməyə müraciət edərək Şəxs ilə ralarında razılığa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2486/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2486/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver