Məhkəmə qərarları › İş №3(002)-2487/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2487/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2487/2023 18.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X2 iştrakları ilə, X1, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 30 noyabr 2023-cü il tarixdə, saat 08:30-da idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3ndə hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında şikayəti onunla əsaslandırmışdır ki, 30 noyabr 2023-cü il tarixdə, səhər saat təxminən 08:30 radələrində Bakı şəhəri, ünvan 3ndən “Qaradağ Şadlıq sarayı” istiqamətində dostuna məxsus, etibarnamə əsasında idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü X5 idarə etdiyi "Tofaş Şahin minik" markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr edərək ona məxsus avtomobilin arxa bufer hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmiş və onun avtomobilinə ziyan vurmuşdur. Həmin vaxt onun heç bir təqsiri olmamış və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. O tərtib edilmiş protokolla razı olmasa da əsassız olaraq heç bir araşdırma aparılmadan 01 dekabr 2023-cü il tarixdə barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində qeyd edilir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət daşıyır. Lakin o həmin vaxt dayanmamış və ona məxsus avtomobil hərəkətdə olmuşdur. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş TP ******* nömrəli, 01 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 30 noyabr 2023cü il tarixdə, saat təxminən 08:30 radələrində Bakı şəhəri, ünvan 3ndə "Tofaş Şahin minik" markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr edərkən «Chevrolet Cruze» markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bufer hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta hadisəsi araşdırırlarkən inzibati xəta hadisəsi törətmiş "Tofaş Şahin minik" markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə yanaşı X4 da inzibati məsuliyyətə cəlb olunmuşdur. Buna səbəb isə X1 hadisədən əvvəl avtomobilini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında 15 metrdən az məsafədə saxlaması olmuşdur. Qeyd edilən hadisə onun tərəfindən rəsmiləşdirilmiş və «Chevrolet Cruze» markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halhazırda da tərtib etdiyi protokolu və qərarı müdafiə edərək bu barədə videogörüntünü məhkəməyə təqdim etdiyini bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və hadisənin görüntülərini özündə əks etdirən videodiskə baxış keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 01 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 30 noyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində idarə etdiyi «Chevrolet Cruze» minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan inzibati pozuntunun baş verməsini özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sürücü X4 həqiqətən də nəqliyyat vasitəsini avtobus dayanacağına 15 metrdən az məsafədə saxlamaqla avtomaşına kənar şəxsin mindiyi müşahidə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələbinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X1 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar