Məhkəmə qərarları › İş №3(002)-2488/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2488/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2488/2023 06.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-866/2022 saylı, 04 aprel 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X14 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)- 866/2022 saylı, 04 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 27 aprel 2012-ci il təvəllüdlü X5 və 19 iyun 2015-ci il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 06 aprel 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. İcra işi icraatına daxil olanda müəyyən edilmişdir ki, borclu azadlıqdan məhrumetmə növündə cəza çəkir. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin icra işini borclunun cəza çəkdiyi müəssisəyə göndərmək istəsə də tələbkarın xahişi ilə icra işini müəssisəyə göndərməmişdir. Borclu 2022-ci ilin oktyabr ayında cəzaçəkməkdən azad olunduqdan sonra 12 oktyabr 2022-ci ildə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla alimentin ödənilməsi ilə bağlı ona rəsmi xəbərdarlıq edilmişdir. Borclunun rəsmi iş yeri və ya digər qazancı barədə hər hansı bir məlumatı olmasa da borclu tərəfindən aliment borcundan mütəmadi olaraq ödənişlər edilməklə hal-hazıradək 3730 manat aliment borcu ödənilmişdir. Lakin tam ödəniş etmədiyi üçün hal-hazıradək 2720 manat aliment borcu yığılmışdır. Borclu hal-hazırda “X13” MMC-də könüllü olaraq narkomaniya xəstəliyindən müalicə alır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 06 dekabr 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında göstərmişdir ki, iki azyaşlı uşağını təkbaşına böyüdür, əmək qabiliyyəti olmadığı üçün övladlarını saxlamaqda çətinlik çəkir. Buna görə də aliment borcunun ödənilməsini tələb edir. Borclu aliment borcundan müxtəlif vaxtlarda ümumilikdə 3730 manat ödənişlər etsə də hal-hazırda 2720 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının gedişində borclu Şəxs ilə razılığa gəlmişlər. Belə ki, borclu hər ay 300 manat aliment borcundan ödəniş edəcəyini, bundan əlavə qalıq borcundan da müvafiq olaraq hər ay əlavə 100-200 manat ödəyəcəyini bildirmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən və 2022-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad olunduqdan sonra mütəmadi olaraq aliment borcundan ödənişlər etməyə başlamışdır. Lakin heç bir yerdə işləmədiyi və hər hansı bir gəlirə malik olmadığı üçün aliment borcunu tam ödəyə bilməmişdir. Aliment borcundan indiyədək 3730 manat ödəniş etmişdir. Hal-hazırda “X13” MMC-də könüllü olaraq narkomaniya xəstəliyindən müalicə alır. Bundan başqa himayəsində hal-hazırda ruhi xəstə olan qardaşı var. Belə ki, o qardaşının rəsmi olaraq qəyyumu təyin edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, aliement borcundan hər ay 300 manat ödəniş edəcəkdir, bundan əlavə qalıq borcundan da müvafiq olaraq hər ay əlavə 100-200 manat ödəyəcəkdir. Bununla bağlı tələbkarla aralarında müvafiq razılığa gəldiklərini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclası gedişində tərəflər arasında aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar X6 ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə ralarında razılığıa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar