Məhkəmə qərarları › İş №3(002)-2490/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2490/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2490/2023 07.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsi ünvanında qeydiyyat olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X2 protoklu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİnin DYPŞ-nın YPX-nın baş inspektoru, polis baş leytenantı Ə. Məmmədli və YPX-nın inpektoru, polis baş serjantı İ.Rəhimli 30 noyabr 2023-cü il tarixdə, 630 saylı avtopatrulla Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xidmət aparan zaman hərəkətdə olan “Mercedes” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xarici işıq cihazlarından düzgün istifadə edilmədiyi müşahidə edilmişdir. Həmin avtomobilin sürücüsünə saxla əmri verilmiş, lakin o avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Sürücü irəlidəki məhəlləyə dönüb avtomobili saxlamış, polis əməkdaşları da sürücüyə yaxınalaşaraq ona törətdiyi pozuntunun nədən ibarət olduğunu bildirmişlər. Bu zaman sürcüdən kəskin spirt qoxusu gəldiyi müəyyən edilmişdir. Sürücüyə həkim müayinəsinə gedəcəyi bildirilmiş, alkotestr cihazından yoxlamadan keçirmək istədikdə o qaçaraq həmin ünvandan uzaqlaşmışdır. Onun avtomobili evakuator vasitəsilə duracağa təmin olunmuşdur. Bundan bir müddət sonra, yəni 06 dekabr 2023-cü il tarixdə Polis Şöbəsinə yaxınlaşmış, o da polis əməkdaşları tərəfindən narkoloji dispanserə həkim müayinəsinə aparılmış, müayinə zamanı onda narkotik sərxoşluğu aşkar olunmuşdur. Bütün bunlara əsasən onun barəsində 07 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında anası və bacısı ilə birlikdə yaşayır. 30 noyabr 2023-cü il tarixdə qonşusuna məxsus “Mercedes” markalı maşını yaşadığı evin həyətində yerini dəyişmək istəyərkən YPX əməkdaşları ona yaxınlaşmışdır. O qorxaraq ərazidən qaçıb uzaqlaşmışdır, buna səbəb isə həmin idarə etmək istədiyi nəqliyyat vasitəsinə etibarnaməsinin olmaması olmuşdur. Dünən, yəni 06 dekabr 2023-cü il tarixdə həmin avtomobilin sahibi ilə maşını X4 Şöbəsindən götürməyə gedəndə polis əməkdaşları onu narkoloji müayinəyə aparmış, müayinə zamanı onda nakotik vasitə olan marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Belə ki, o təxminən həmin hadisədən on gün əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qayadaları”na əlavə, 1/4760 saylı, 06 dekabr 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından aydın olur ki, Şəxs 06 dekabr 2023cü il tarixdə, saat 19:10 radələrində müayinədən keçirilərkən onda narkotik vasitə olan marxuanadan istifadə etməsi nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli İnzibati qaydada tutma qaqqında protokoldan aydın olur ki, Şəxs 06 dekabr 2023-cü il, saat 21:00 inzibati qaydada tutulmuş, 07 dekabr 2023-cü il, saat 09:00-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar