Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2491/2025 21.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 7215 aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ərizəçi X7 ilə maraqlı şəxs Şəxs Bayramǝli oğlu arasında "tərəflərin rəsmi nikahından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X3 və 30 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) X4 xeyrinə ödənilməsinə dair..." mediasiya nəticəsində prosesi bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Borclu ödənişləri həyata keçirməmiş, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək aylıq aliment ödənişindən əlavə olaraq aliment borcundan da hər ay 30 manat olmaqla ümumilikdə 500 manat ödənilməsinə etirazı olmadığını bildirmişdir. Lakin borclu izahatı alındıqda hər ay sadəcə 200 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Bundan sonra tələbkar şikayətçi olaraq borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Hazırki tarixə aliment borcu 6215 təşkil edir. Protokolda yalnış qeyd olunub. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suala cavab olaraq bildirmişdir ki, borclu 06 oktyabr 2025-ci il tarixdə 30 manat, 23 oktyabr 2025-ci il tarixdə 80 manat, 26 oktyabr 2025-ci il tarixdə 20 manat, 30 oktyabr 2025-ci il tarixdə 20 manat, 03 noyabr 2025-ci il tarixdə 20 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli hesab etmir. Belə ki, tələbkar ilə mediasiya prosesindən sonra birlikdə yaşamışdır. Son üç aydır ayrı yaşayır. Həmin müddətdə tələbkarın xeyrinə həyata keçirmiş olduğu ödənişlərin qəbzləri onda mövcuddur. Noyabr ayı ərzində 95 manat ödəniş etmişdir. Fəhlə işləyir, qazancı az olduğuna görə hər ay ancaq 300 manata yaxın ödəniş edə bilir. Hər ay 470 manat ödəyə bilmir. Tələbkar ona ayda ehtiyacı olduğu vəsaiti deyir, o da həmin məbləğdə ödəniş edir. Övladlarından imtina etmir, onların qayğısına qalır, imkan daxilində aliment öhdəliyindən kənar onların ehtiyaclarını ödəyir, istəmir ki, tələbkarla aralarında olan problem uşaqların təminatına təsir etsin. Hazırda alimenti tam ödəməyə imkanı yoxdur. Maddi vəziyyəti ilə əlaqədar tam ödəniş edə bilməməsini, icra məmurunun çağırışlarından yayınmamasını nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Hazırki iclasda isə heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında borclunun imkan daxilində ödənişlər etməsini, qərəzli olaraq icra sənədini icra etməmə halları olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Cəbaryıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ərizəçi X7 ilə maraqlı şəxs Şəxs Bayramǝli oğlu arasında "tərəflərin rəsmi nikahından anadan olmuş 24 fevral 2017-ci il təvəllüdlü X3 və 30 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin iyun ayından etibarən hər ay (ata) Şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) X4 xeyrinə ödənilməsinə dair." mediasiya nəticəsində prosesi bağlanılmış MŞC/MT020/2024-00493 saylı, 27 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X1 xx.xx.2025-ci il tarixli qərarla icraata başlanan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 vǝ 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq elan edilmişdir. İş materiallarından olan icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında məlumat məktubundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu və 24-cü maddələrinə əsasən Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbi təmin etməyib, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırdığına görə Qaradağ rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 6215 borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-522/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cəbrayıl rayon Məhkəməsi tərəfindən verilmiş 2(072)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 6215 aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənişinə laqeyd yanaşaraq natamam ödənişlər etmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə icra məmurunun izahatında qeyd etdiklərini, qismən ödənişlər həyata keçirsə də ümumi borca nisbətdə cuzi məbləğ təşkil etməsini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 21 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2491/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2491/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver