Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2493/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X4 şöbəsi yol-patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsi ünvanında qeydiyyat olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 06 dekabr 2023-cü il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 19:16-da «Mercedes Benz E220 CDİ» minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onun işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində İXM-nin 333-1.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X4 şöbəsi yol-patrul xidməti inspektoru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın baş inspektoru, polis baş leytenantı Ə. Məmmədli ilə birlikdə 30 noyabr 2023-cü il tarixdə, 630 saylı avtopatrulla Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xidmət aparan zaman hərəkətdə olan “Mercedes” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xarici işıq cihazlarından düzgün istifadə edilmədiyi müşahidə edilmişdir. Həmin avtomobilin sürücüsünə saxla əmri verilmiş, lakin o avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Sürücü irəlidəki məhəlləyə dönüb avtomobili saxlamış, polis əməkdaşları da sürücüyə yaxınalaşaraq ona törətdiyi pozuntunun nədən ibarət olduğunu bildirmişlər. Bu zaman sürcüdən kəskin spirt qoxusu gəldiyi müəyyən edilmişdir. Sürücüyə həkim müayinəsinə gedəcəyi bildirilmiş, alkotestr cihazından yoxlamadan keçirmək istədikdə o qaçaraq həmin ünvandan uzaqlaşmışdır. Onun avtomobili evakuator vasitəsilə duracağa təmin olunmuşdur. Bundan bir müddət sonra, yəni 06 dekabr 2023-cü il tarixdə Şəxs idarə etmiş olduğu avtomobilin sahibi ilə birlikdə Polis Şöbəsinə yaxınlaşmış, həmin vaxt Şəxs polis əməkdaşları tərəfindən narkoloji dispanserə həkim müayinəsinə aparılmış, müayinə zamanı onda narkotik sərxoşluğu aşkar olunmuşdur. Nəticədə sürücü Şəxs barəsində 06 dekabr 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, ünvan 2 ünvanında anası və bacısı ilə birlikdə yaşayır. 30 noyabr 2023-cü il tarixdə qonşusuna məxsus “Mercedes” markalı maşını yaşadığı evin həyətində yerini dəyişmək istəyərkən YPX əməkdaşları ona yaxınlaşmışdır. O qorxaraq ərazidən qaçıb uzaqlaşmışdır, buna səbəb isə həmin idarə etmək istədiyi nəqliyyat vasitəsinə etibarnaməsinin olmaması olmuşdur. O, 06 dekabr 2023-cü il tarixdə həmin avtomobilin sahibi ilə maşını X4 Şöbəsindən götürməyə gedəndə polis əməkdaşları onu narkoloji müayinəyə aparmış, müayinə zamanı onda nakotik vasitə olan marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Belə ki, o təxminən həmin hadisədən on gün əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, eyni əmələ görə onun barəsində Qaradağ RPİ-ninn 10-cu PŞ-də İXM-nin 206 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş və Qaradağ rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində İXM-nin 206-cı maddəsinə əsasən 300 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini və eyni əmələ görə artıq məsuliyyətə cəlb olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qayadaları”na əlavə, 1/4760 saylı, 06 dekabr 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından aydın olur ki, Şəxs 06 dekabr 2023cü il tarixdə, saat 19:10 radələrində müayinədən keçirilərkən onda narkotik vasitə olan marxuanadan istifadə etməsi nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar mövcud olduğundan həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2490/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icraata xitam verilisin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2493/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2493/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver