Məhkəmə qərarları › İş №3(002)-2495/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2495/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2495/2020 27.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-1077/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1077/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən, xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetninlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbəğində alimentin tutularaq iddiaçı Əliyeva (İbrahimova) Sevinc Rəfail qızına ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bugünki günədək heç bir ödəniş etməmiş və nəticədə borclunun tələbkara ümumilikdə ödənilməmiş 2720 manat aliment borcu yaranmışdır. Buna görədə borclu barəsində İXMnin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, tələbkar tərəf ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, tələbkarın məhkəmə iclasına gələ bilməməsini, məhkəmə iclasını onun iştirak olmadan keçirilməsini və inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilmədən sonuncuya vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən məlumatı vardır, Qaradağ rayon Məhkəməsinin 2(002)-1077/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən, xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetninlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbəğində alimentin tutularaq iddiaçı Əliyeva (İbrahimova) Sevinc Rəfail qızına ödənilməsi qət edilmişdir. Bu günədək o işsiz olduğundan və səhhətində problemlər olduğundan aliment borcundan heç bir ödəniş etməmişdir. Lakin buna baxmayaraq o, aliment borcunu ödəməkdən qəsdən boyun qaçırtmır, tələbkar ilə öz aralarında razılığa gəlmişlər və yaxın müddətdə aliment borcunu tam ödəyəcəkdir. O öz izahatında daha sonra göstərmişdir ki, əvvəlki aliment borcunu ödəmədiyi üçün Qaradağ rayon Məhkəməsinin 1(002)-174/2016 saylı xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş tapa bilmədiyi üçün islah işləri cəzasını icra edə bilməmiş və buna görədə Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə islah işləri cəzası bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və hal-hazırda həmin cəzanı çəkir. Odur ki, tələbkar ilə öz aralarında razılığa gəldiklərini, faktiki olaraq Respublikada yaranmış “xüsusi karantin rejimini”, müharibə şəraitini, işsiz olmasını və səhhətində yaranmış problemləri nəzərə alıb iş üzrə inziabti materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, Şəxs aliment borcunu ödəmədiyi üçün Qaradağ Rayon Məhkəməsinin 1(002)-174/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra həmin hökm icra olunmadığı üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 7(002)-1083/2020 saylı qərarına əsasən Şəxs Qaradağ Rayon Məhkəməsinin 1(002)- 174/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Göründüyü kimi X5 aliment borcunu ödəmədiyi üçün azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar