Məhkəmə qərarları › İş №3(002)-2495/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2495/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2495/2024 25.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2024-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində “X7” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Abşeron TM-nin daxilində hərəkətdə olan zaman mühafizəçi X3 vurmuş və nəticədə X2 yüngül dərəcəli bədən xəsarəti almasına səsəb olmuşdur. Bununla əlaqədar Qaradağ rayon DYPŞ-nin polis baş leytenantı X1 tərəfindən Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx.xx.2024cü il tarixli, İXP ******* seriyalı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü, 62.4-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 425 №li ekspert rəyindən görünür ki, X2 aldıqları xəsarət – sağ aşıq-baldır oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk küt əşya təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sübutları Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnun törətdiyi inzibati xəta İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görədə o, bu maddənin sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını müəyyən edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəslərinin idarəetmə hüququndan məhrumetmə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar