Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2496/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1153/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1175 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-199/25 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X4 ödəməli olduğu 1275 manat alimenti ödəməmiş və nəticədə 2450 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı, ******* saylı, 24 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X12 məhkəmə iclasında bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1153/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment ödənişinin aparılmalı olduğu müəyyən edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 8(002)- 199/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində aliment tutularaq X2na ödənilməlidir. Yəni yeni icra vərəqəsi üzrə borclu Şəxs hər ay hər uşaq üçün 190 manat olmaqla ümumilikdə 380 manat aliment ödənişi X1 xeyrinə aparılmalıdır. Şəxs icra vərəqəsinin icrası tam tələb edilsə də o, əmək haqqının az olduğunu və başqa gəlirləri olmadığından icra sənədini tam icra edə bilmədiyini bildirir. Borclu icra sənədini qərəzli şəkildə icra etməkdən yayınır. Şəxs izahatı alınan zaman imkanı olmadığından alimenti ödəmədiyini bildirmişdir. İki icra sənədi üzrə Şəxs 2450 manat aliment borcu yaranmışdır. Şəxs X11 Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Mülki Müdafiə Qoşunlarında hərbi qulluqçu kimi xidmət etdiyinə görə alimentin ödənilməsi üçün əmək haqqına tutulma yönəldilirdi. Şəxs oradan işdən çıxdıqdan sonra “Lion Security”də mühafizəçi kimi işə düzəldi. “Elektron icra” informasiya sisteminə əsasən “Lion Security”də Şəxs mühafizəçi kimi əmək haqqı 400 manatdır. Şəxs əmək haqqının 70%-i alimentin ödənilməsinə yönəldilir. X2 icra vərəqəsi üzrə qalıq borcun . Şəxs tam həcmdə tutulmasını tələb edir. Şəxs həmin qətnamə əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 məhkəmə iclasında verilən suallara cavab olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmlak vəziyyəti yoxlanılarkən, həmin şəxsin adına hər hansı əmlakının olmadığının müəyyən edildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, “Lion Security”də mühafizəçi vəzifəsində çalışır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 190 manat, cəmi 380 manat aliment tutularaq, iddiaçı X4 ödənilməlidir. O, həmin aliment üzrə cəmi 1365 manat ödəmişdir. 400 manat əmək haqqı alır, alimentin ödənilməsinin təmin olunması üçün onun əmək haqqının 70%-inə tutulma yönəldilir. Əmək haqqı az olduğundan, əlavə gəlir yeri olmadığından, hal-hazırki işi ağır olduğundan, əlavə işdə işləməyə də sağlamlığı icazə vermədiyindən həm yığılıb qalmış aliment borcunu, həm də aylıq alimenti tam ödəyə bilmir. Yüksək gəlirli iş tapan kimi alimenti ödəyəcəkdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, səhər saat 8:00-dan axşam 20:00-dək hər gün işləyir, ancaq uşaqları görmək üçün 6-ci günlər işə getmir. Hazırki iş yeri gecə növbəsi olduğundan ağırdır. X2 uşaqları bəzən ona göstərir, bəzən də göstərmir. X11 Nazirliyinin Mülki Müdafiə Qoşunlarında hərbi qulluqçu kimi xidmət etmişdir, ordan işdən çıxma səbəbi ixtisarla bağlı olmuşdur. X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs daha ağır vəziyyətdə çalışır, tibb bacısıdır. Bununla belə övladlarına tək başına baxır. Böyük övladının səhhətində problemlər var, müalicə xərclərini ödəməyə gücü çatmır. Borclu Şəxs öz adına olmasa da, etibarnamə əsasında avtomobil idarə edir və 400 manat deyil, daha çox əməkhaqqı alır. Sadəcə olaraq Şəxs rəsmi əmək haqqı 400 manat kimi qeyd edilir. Xüsusən də Şəxs “Lion Security”də mühafizəçi kimi gecə növbəsində işlədiyinə görə daha yüksək əmək haqqı alır, aliment borcunu asanlıqla ödəyə bilər. Şəxs X11 Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Mülki Müdafiə Qoşunlarında hərbi qulluqçu kimi xidmət etmişdir. Şəxs hazırda məhkəmə iclasında hərbi qulluqçu kimi ixtisarla əlaqədar hərbi xidmətdən çıxdığını bildirir. Lakin Şəxs yalan danışır. Hərbi qulluqçu ixtisara görə işdən çıxarılmır. Sadəcə olaraq hərbi qulluqçu kimi Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Mülki Müdafiə Qoşunlarında xidmət etmək Şəxs çətin gəldiyinə görə oradan işdən öz könüllü ərizəsi ilə işdən çıxmışdır. Hərbi qulluqçu kimi Şəxs əmək haqqı kifayət qədər yüksək idi. Şəxs ona Abşeron Ticarət Mərkəzində yerləşən “Lion Security”də mühafizəçi kimi işləməyin ona daha rahat gəldiyini bildirmişdir. Şəxs aliment üzrə tam həcmdə ödəniş aparmaqdan yayınmaq üçün əmək haqqının aşağı olduğunu bildirir. Şəxs hətta əmək haqqı aşağı olsaydı belə, daha yüksək əmək haqqı verilən yerdə işləyib aliment üzrə vaxtlı-vaxtında ödəniş apara bilər. Alimenti tam həcmdə ödəmək Şəxs qanuni vəzifəsidir. Aliment borcunun Şəxs tərəfindən tam şəkildə ödənilməsini tələb edir. O, Şəxs daha ağır iş rejimində tibb bacısı kimi işləyir. Bununla belə, o, uşaqlarına baxır. Şəxs şikayətçidir. Şəxs imkanı olduğu halda alimenti ödəməkdən yayınır. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əsas iş yeri üzrə aylıq qazancının 70%-i alimentin ödənilməsinə yönəlir. Şəxs əlavə gəlir mənbəyi olması barədə nə icra məmuru, nə də tələbkar fakt irəli sürə bilmir. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs oğlu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2496/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2496/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver