Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2497/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs, E.Quliyev küçəsi, ev 64, mənzil 49-da qeydiyyatda olmaqla, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, yarımtikili bağça adlanan ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaşadığı yarımtikili bağçada qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin sahə rəisi, polis mayoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaşadığı yarımtikili bağçada qanunsuz olaraq narkotik maddə olan marixuana istifadə etdiyindən 24 noyabr 2025-ci il tarixdə saat 14:10-da tutulmuş, “Respublika Narkoloji Mərkəzi” X3 müayinədən keçirilmiş, müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs verilən suallara cavab olaraq narkotik maddəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindəki bağça ərazisində yerdən tapdığını və yaşadığı ünvanda istifadə etdiyini bildirmişdir. Həmçinin əvvəllər istifadə etmədiyini, satış məqsədi olmadığını və heç kəsə hədiyyə vermədiyini qeyd etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 011423 seriya və nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 23 noyabr 2025-ci il tarixdə saat 02:10-da tutulmuş və 24 noyabr 2025-ci il tarixdə saat 14:10-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 4264 nömrəli aktdan görünür ki, Şəxs sidiyində “THC (+) müsbət” aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 7334 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs kannobinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri əşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 4264 nömrəli aktından və həmin mərkəzin xx.xx.2025-ci il tarixli, 7334 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən də göründüyü kimi Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bu da ki, Şəxs narkotik vasitə olan marixuana istifadə etdiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206- cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs tutulduğu 23 noyabr 2025-ci il tarixdə saat 02:10-dan 24 noyabr 2025-ci il tarixə 14:10-a qədər olan müddət nəzərə alınmaqla üzərində qəti olaraq 13 (on üç) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 24 noyabr 2025-ci il tarixdən saat 16:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2497/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2497/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver