Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2499/2023 08.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, X15 katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qaradağ RPİ-nin X22 Şöbəsinin X16 üzrə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Müdafiəçisi Bakı şəhəri 10 saylı vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, ev 31, mənzil 41 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 06 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 12:35 radələrində Sədərək TM-də, Şirniyyat bazarının 12-ci sırasının önündə yerləşən avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş yerdə 1994-cü il təvəllüdlü vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda atası X2 aldığı əşyaları avtomobilə qoyması üçün avtomobilin açarını ona verməsindən istifadə edərək atasına məxsus Mercedes-Benz C 180 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan idarə edərə edərkən əvvəlcə orada park edilmiş Opel Astra markalı **-CO-*** avtomobilə dəymiş, daha sonra əyləc pedalı əvəzinə qaz pedalını basdığı üçün idarəetməni itirərək piyadalar 1965-ci il təvəllüdlü vətəndaş X4 və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü X8 vurmuşdur. Bundan başqa avtomobil orada park edilmiş Nissan Tiida markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və Kia Sportage markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdır. Zərbənin təsirindən Nissan markalı avtomobil özündən öndə park edilmiş Renault Megane markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Kia Sportage markalı avtomobil isə özündən sağda park edilmiş Kia Optima markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtombilə çırpılmışdır. Hadisə nəticəsində piyadaların hər ikisi dərəcəsi təyin ediməyən bədən xəsarəti almış və avtomobillərin əzilməsi nəticəsində onların mülkiyyətçilərinə maddi zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin X16 üzrə baş inspektoru, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 12:35 radələrində Sədərək TM-də, Şirniyyat bazarının 12-ci sırasının önündə yerləşən avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş yerdə 1994-cü il təvəllüdlü vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda atası X2 aldığı əşyaları avtomobilə qoyması üçün avtomobilin açarını ona verməsindən istifadə edərək atasına məxsus Mercedes-Benz C 180 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan idarə edərkən piyadalar 1965-ci il təvəllüdlü vətəndaş X4 və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü X8 vurmuş, bundan başqa 5 ədəd avtomobil əzilərək mülkiyyətçilərinə maddi ziyan dəymişdir. Lakin, qəza nəticəsində piyadaların sağlamlığına ciddi zərər dəyməmiş və onlarla barışıq əldə olunmuşdur. Eləcə də avtomobilinə zərər dəymiş zərərçəkmişlərin ikisinin ziyanı könüllü şəkildə ödənilmiş və bununla da onların maddi tələbi aradan qalxmışdır, digər 3 nəfər zərərçəkmişə dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Sədərək TM-də, Şirniyyat bazarının 12-ci sırasının önündə yerləşən avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş yerdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda atasına məxsus Mercedes-Benz C 180 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan idarə edərkən əvvəlcə orada park edilmiş Opel Astra markalı **-CO-*** avtomobilə dəymiş, daha sonra əyləc pedalı əvəzinə qaz pedalını basdığı üçün idarəetməni itirərək piyadalar 1965-ci il təvəllüdlü vətəndaş X4 və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü X8 vurmuşdur. Bundan başqa avtomobil orada park edilmiş Nissan Tiida markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və Kia Sportage markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdı. Zərbənin təsirindən Nissan markalı avtomobil özündən öndə park edilmiş Renault Megane markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobila. Kia Sportage markalı avtomobil isə özündən sağda park edilmiş Kia Optima markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. İİİ dərəcə əlilliyi olan şəxs olduğunu və himayəsində yeni doğulmuş övladı olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1-327.5, 329-331, 332.1-332.3, 338.1-338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1-342.1.8, 342.1.11, 342.2, 342.5-342.7, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2-346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - X22inin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X22i İdarəsinin, X22i idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X22i şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları; Belə ki, iş materiallarında 06 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 12:35 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda atasına məxsus Mercedes-Benz C 180 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan idarə edərə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" X21 verilmiş xx.xx.2023-cü il tarixli 2/44547 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolunda Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmadığı, onun ayıq olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda göstərilmişdir ki. Şəxs müddətsiz üçüncü dərəcəli əlillik vardır və onun diaqnozu qulluq və müalicə tələb dən ciddi davranış pozuntusu, nitqin qüsuru ilə yüngül kəmağıllılıq, nitq artikulyasiyasının spesifik pozğunluğu, nitqin pozulması, astiqmatizm, miopik astigmatizmdir. xx.xx.2023-cü il tarixdə 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından verilmiş məlumatda isə Şəxs dəfələrlə orada stasionar müalicə aldığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X11 X20 15 saylı şöbəsinin xx.xx.2023-cü il tarixli 837 saylı rəyində göstərilmişdir ki, vətəndaş X6 ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin və sağ ayaqüstü nahiyyənin qançırları bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2023-cü il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edimir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X11" X20 15 saylı şöbəsinin xx.xx.2023-cü il tarixli 838 saylı rəyində göstərilmişdir ki, vətəndaş X3 ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-hər iki bud və hər iki dizaltı nahiyyələrin qançırları, sol diz oynağının ön səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2023-cü il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edimir. X7 və X10 hər ikisi Qaradağ RPİ-ərizə ilə müraciət edərək Şəxs Hidayət oğlunun onlara dəymiş ziyanı tamamilə ödədiyini və ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, araşdırmaya xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" ASC-nin sığorta ödənişi tələbi hüququndan könüllü imtina aktlarından görünür ki, zərərçəkmişlər X9 və Sevinc Hacızadə sığorta ödənişi tələbi hüququndan onlara dəymiş ziyanın zərər vurmuş şəxs tərəfindən ödənildiyindən könüllü imtina etdiklərini imzaları ilə təsdiq edərək qeyd etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 12:35 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda atasına məxsus Mercedes-Benz C 180 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun xəbəri olmadan idarə edərkən əvvəlcə orada park edilmiş Opel Astra markalı **-CO-*** avtomobilə dəymiş, daha sonra əyləc pedalı əvəzinə qaz pedalını basdığı üçün idarəetməni itirərək piyadalar 1965-ci il təvəllüdlü vətəndaş X4 və onun həyat yoldaşı 1961-ci il təvəllüdlü X8 vurmuşdur. Bundan başqa avtomobil orada park edilmiş Nissan Tiida markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və Kia Sportage markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışdı. Zərbənin təsirindən Nissan markalı avtomobil özündən öndə park edilmiş Renault Megane markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobila. Kia Sportage markalı avtomobil isə özündən sağda park edilmiş Kia Optima markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtombilə çırpılmışdır. Hadisə nəticəsində piyadaların hər ikisi dərəcəsi təyin ediməyən bədən xəsarəti almış və avtomobillərin əzilməsi nəticəsində onların mülkiyyətçilərinə maddi zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən "A" "B" "C" kateqoriyalarına. "B1" və "C1" altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması şərtdir. Həmin qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsi ilə edilən manevrlər təhlükəsiz olmalıdır. Mercedes-Benz C 180 minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ sürücüsü Şəxs həmin maddələrin tələblərini pozmuşdur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yaşını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2499/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2499/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver