Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2499/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fətəliyev Emin Mirzə oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin rəis müavini X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu, yataqxana 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2326/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2500 ABŞ dolları və dövlət rüsumlarının əvəzi qismində 52 manat X2 xeyrinə tutulmalıdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 2500 ABŞ dollarından qalıq borcu ödəməmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin rəis müavini X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, 24 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin rəis müavini X3 məhkəmə iclasında bildirmişdir ki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. 1 il 7 ay ərzində ümumiyyətlə ödəniş etməmişdir. Onun rəsmi iş yeri və sabit əmək haqqı olmadığı üçün ödənişləri hissəli şəkildə ödəyə biləcəyini izahatında bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, borclu tərəfindən tələbkarın xeyrinə təqribən 2250 AZN ödəniş olunmuşdur. Onun hazırkı tarixdə 2000 manat borc və 52 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 2052 manat məbləğində qalıq borcu müəyyən edilir. Tələbkar borcu tam şəkildə tələb edir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, qeyd etmişdir ki, tələbkara ödənişi hissəli şəkildə edəcəyini bildirsə də tələbkar ödənişi tam şəkildə tələb edir. Aylıq gəliri sabit olmadığı üçün ödənişləri tam icra edə bilmir. Hər ay məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcuna 300 manat olmaqla ödəniş etmək niyyətindədir. Qeyd etdiyi halları, borcunun ödənişlərindən qərəzli yayınmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 Şəxs tərəfindən ona 300 manat məbləğində ödəniş edilməsindən imtina edərək izahatında bildirmişdir ki, hazırda yığılmış borcunun tam ödənilməsini tələb edir, ödənilmədiyi təqdirdə isə borclu barəsində sərt inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2326/2021 nömrəli icra sənədindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2326/2021 nömrəli icra sənədinə əsasən Şəxs 2500 ABŞ dolları və dövlət rüsumlarının əvəzi qismində 52 manat X2 xeyrinə tutulmalıdır. Ümumilikdə 2000 manat borcu qalmışdır. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2326/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 24.11.25-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2326/2021 nömrəli icra sənədinə əsasən Şəxs 2500 ABŞ dolları və dövlət rüsumlarının əvəzi qismində 52 manat X2 xeyrinə tutulmalıdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 2000 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Şəxs əməlində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində inzibati xəta haqıqnda iş üzrə icraata xitam verdildiyi tarixdə o, cəmi 2200 (iki min iki yüz) manat ödəniş etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə icra vərəqəsi üzrə cəmi 50 (əlli) manat ödəniş etmişdir. Bu da ki, Şəxs icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyini sübut edir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində 2010 və 2014-cü il təvəllüdlü iki uşağın olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2499/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2499/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver